"Turan Bank”ın rəsmi internet saytının ana səhifəsində "sayta bağlantıda təhlükə var” mesajı ortaya çıxır.
Bankın rəsmi saytında (www.turanbank.az) ana səhifəsində "şifrələriniz, bank kartlarınızın nömrələri və s. oğurlanma ehtimalı var" mesajı göstərilir.
Qeyd edək ki, bu mesaj saytın SSL ("Secure Sockets Layer") sertifikatı almamsı ilə bağlıdır.
SSL sertifikatları, insanların web sayta daxil etdikləri məlumatları qorumaq üçündür. Bura, kart məlumatları da daxildir.
Buna görə də bu mesaj bir çox müştərilər arasında böyük narahatlıq yaradıb. (Valyuta.az)
Digər xəbərlər
loading...