Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu gün dəftərxana və təsərrüfat mallarının satınalınması ilə bağlı müqavilə bağlayıb.
Məbləği 47 min 881 manat 50 qəpik olan müqavilə "A4 Plaza” MMC ilə imzalanıb. Kotirovka sorğusu əsasında bağlanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, 2013-cü ilin oktyabrın 17-də yaradılan "A4 Plaza” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Vinqtau, ev 18A, m 11-dir, qanuni təmsilçisi isə Elşən Abbasəli oğlu Məmmədovdur.
06.05.2019 tarixindən indiyə kimi şirkətlə 81 satınalma müqaviləsi bağlanılıb ki, bunlardan da 63-nü səhiyyə müəssisələrinin keçirdiyi satınalmalar təşkil edib.(qayarinfo.az)
Digər xəbərlər
loading...