Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova onlayn imtahan zamanı qrupun sinif nümayəndəsini nalayiq sözlərlə təhqir edib.
Sosial şəbəkədə yayılan videoda imtahan zamanı müəllimlərlə bərabər imtahana daxil olan sinif nümayəndəsinə kollecin direktoru "mənə sinif nümayəndəsi tərəfindən nəzarətçi lazım deyil, ağzımda deyirəm, tələbələr çıxsın, bu, nə özbaşınalıqdır siz edirsiniz? Bizə burda sinif nümayəndəsi, "şamtutan” lazım deyil”, - deyə təhqir edib.
Direktor hətta uşaqları imtahanı ləğv edəcəyi ilə qorxudub.
Məsələyə münasibət almaq üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov videodan xəbərdar olduqlarını, bununla bağlı kollecin açıqlama verəcəyini bildirdi. (Qaynarinfo.az)