Sinqapurda məşhur jurnalist Kelli Kopardın təcavüzə uğrayan qıza verdiyi cavab ölkədə ciddi narazılığa səbəb olub.
Sevgilisi tərəfindən cinsi təcavüzə uğrayan yeniyetmə jurnalistə məktub yazaraq, ondan dəstək istəyib. Məktubunda zorlandığını heç kimə deyə bilmədiyini ifadə edən qız, ağır günlər keçirdiyini və mənəvi köməyə ehtiyacı olduğunu ifadə edib:
"Biraz şərab içdik. Taqətdən düşdüm. Sevgilimin məni öpüb-qucaqlamasına qarşı çıxa bilmədim. Sonra heçnə xatırlamıram. Səhər yuxudan ayılanda özümü sevgilimin qolları arasında gördüm. İlk dəfə cinsi əlaqə yaşadım. Çox pisəm".
Çalışdığı jurnalda yeniyetmənin məktubunu dərc edən jurnalist, qızı hərəkətlərinə görə tənqid edib.
"Sən sevgilinlə şərab içməzdən əvvəl nə baş verəcəyini düşünməmisən. Öz hərəkətlərinlə cinsi əlaqəyə istəkli olduğunu nümayiş etdirmisən. Oğlanın heç bir günahı yoxdu. Günahkar sənsən. Əslində sevgilinə təşəkkür etməlisən ki, o, səninlə əlaqədə olarkən qoruyucudan istifadə edib. O səni hamilə qalmaqdan xilas edib".
Məqalənin jurnalda dərc olunması və jurnalistin qıza cavabı oxucuların narazılığına səbəb olub. Jurnalist isə davranışına görə hamıdan üzr istəyib.(atv.az)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...