Qobustan rayon Gənclər və İdman İdarəsi bu gün kotirovka sorğusu əsasında 3 satınalma müqaviləsi bağlayıb.
hər 3 müqavilə 18.01.2021 tarixində yaradılan “Qobustan-İnşaat” MMC ilə imzalanıb.
Məbləği 11560 manat olan tender idman yarışları üçün kubok, diplom, medal və s. malların satın alınmasını nəzərdə turur. 10890 manat olan olna tenderlə gənclər siyasəti yarışları üçün diplom, medal, hədiyyə suvenir və s. mallar alınacaq. 10890 manatlıq tender isə gənclər siyasəti yarışları üçün medal, diplom, suvenir hədiyyə divar saatı və s. malların alınması üçün nəzərdə tutulub.
27 gün əvvəl yaradılan şirkətin hüquqi ünvanı Qobustan şəhəri, Yeni Massiv göstərilib. Nizamnamə kapitalı 10 manat təşkil edir. Qanuni təmsilçisi Bayramov Aləm Məhəmmədəli oğludur.
Qeyd eədk ki, kotirovka sorğularının ikisi bu ilin yanvarın 26-da elan olunub. 3-cüsü barədə məlumat açıqlanmayıb. Amma kotirovka sorğularının keçirilməsi istiqamətləri onu deməyə əsas verir ki, gənclər siyasəti yarışları üçün medal, diplom, suvenir hədiyyə divar saatı və s. malların kotirovka sorğusunun elanı da məhz 26 yanvarda verilib. Yəni, şirkət yaradılandan 8 gün sonra elan olunan 3 kotirovka sorğusuna qatılıb.
"Dövlət satınalmaları haqqında" qanununa görə, satınalma müsabiqələrində iştirak edən şirkətlərin peşəkarlığı və təcrübəsinə xüsusi önəm verilməlidir. Bu baxımdan 3 kotirovka sorğusunda qalib gələn 27 günlük şirkətin peşəkarlığı və təcrübəsi şübhələrə əsas verir…(Qaynarinfo.az)