Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin məktəblini zorlaması xəbərindən sonra həyat yoldaşı evi tərk edib.
Kənd icra nümayəndəsi Abubəkir İsayev deyib ki, qadın xəbəri eşidəndən sonra iki uşağını da götürüb atasının evinə gedib: "O, namuslu qadın idi, yoldaşının bu əməlini qəbul etmədi. Cəlilabad rayonundandır, iki uşağını da götürüb gedib".
C.Tofiqlinin evliliyindən bir oğlu, bir qızı var. Uşaqlar 5-6 yaşlarındadır.
Xatırladaq ki, məktəb direktoru Ceyhun Şirəliyev dünən saat 23:00 radələrində həmin məktəbin 11 ci sinif şagirdi Abdullayeva Nərgiz Rəmzi qızının evinə gələrək həyətdə onu zorlamaq istəyib. Ana qızının köməyinə çataraq direktoru döyərək qovub. Bu gün hadisə ilə bağlı Zərdab rayonun polis bölməsində araşdırma başlanılıb və direktor həbs edilib. //Milli.az
MilliYol.Az
Digər xəbərlər
loading...