• Xəbər lentİ
Fləş

Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradıldı (SİYAHI)

14:10 / 27.02.2021

Azərbaycanda yoluxma 300-ə yaxınlaşdı

17:15 / 27.02.2021

10 manatlıq MMC-lərinin illik vergi borcu yüz milyonları əhatə edir - “Tender mafiyası”nın “nağdlaşdırma əməliyyatları”…

15:28 / 27.02.2021

Kobud tender pozuntusu: FHN 126 min manatlıq it yemi alır (FOTO)

15:20 / 27.02.2021

Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradıldı (SİYAHI)

14:10 / 27.02.2021

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

13:43 / 27.02.2021

"Baku Medical Plaza"da ölüm hadisəsi - Həkim səhvinin qurbanı, yoxsa?..

13:35 / 27.02.2021

İlham Əliyevdən Fikrət Sadıxovla bağlı sərəncam

13:21 / 27.02.2021

Bakı Metropoliteni: "Sərnişinləri hər an qarşılamağa hazırıq"

10:59 / 27.02.2021

Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)

10:44 / 27.02.2021

Azərbaycanda böyük əfv: Kimlər azadlığa çıxa bilər?

10:20 / 27.02.2021

İlham Əliyev Ərdoğana zəng etdi

16:44 / 26.02.2021

Avropa Liqası: 1/8 finalın püşkü atıldı

16:29 / 26.02.2021

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "www.khojalytoday.com" saytı təqdim edilib (FOTO)  

16:25 / 26.02.2021

Prezidentin köməkçisindən açıqlama: Karantin sərtləşdirilir?  

16:18 / 26.02.2021

Azərbaycanda yoluxma yenidən 200-ü keçdi, ölənlər var

15:54 / 26.02.2021

Prezidentin mətbuat konfransı 4 saatdan çox davam edib (YENİLƏNİB/VİDEO)

15:19 / 26.02.2021

Prezidentin mətbuat konfransında İranlı jurnalist özünü pis vəziyyətə saldı

13:46 / 26.02.2021

Bakıda güclü külək əsəcək (XƏBƏRDARLIQ)  

13:33 / 26.02.2021

Birinci-vitse prezidentinin köməkçisindən hərbçilərin maaşları ilə bağlı açıqlama

13:24 / 26.02.2021

Məmurlar özlərinə aid olmayan şirkətləri hansı “silahlarla” vurur? - Tender maxinasiyaları

12:38 / 26.02.2021

İlham Əliyev Ermənistanda baş verənlərə münasibət bildirdi

11:28 / 26.02.2021

Bakı meri qar sınağından çıxa bilmədi: bircə gün...

10:07 / 26.02.2021

Vilayət Eyvazov polis mayoruna yeni vəzifə verdi

10:05 / 26.02.2021

Prezident və birinci xanım “Ana harayı” abidəsini ziyarət etdi (YENİLƏNİB)  

09:59 / 26.02.2021

Mehriban Əliyeva: "Xocalı soyqırımı kimi faciələr unudula bilməz"

09:38 / 26.02.2021

Xocalı soyqırımından 29 il ötür  

09:15 / 26.02.2021

Azərbaycanda yoluxma kəskin azaldı, sağalanlar yoluxanları üstələdi

17:08 / 25.02.2021

Türkiyədən gələn psixoloqlar Gəncə və Bərdədə vətəndaşlara psixoloji dəstək göstərəcək

16:57 / 25.02.2021

İlham Əliyev Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

16:44 / 25.02.2021

Prezident: "Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı"  

16:22 / 25.02.2021
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 27 Fevral 2021
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Bayden keçmişlə gələcək arasında necə bir dünya quracaq və qura biləcəkmi?

11:38 14.02.2021 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Vaşinqtonun yaxın tarixdə etdiyi 2 hərbi müdaxilənin nəticəsi tamamilə tərsinə çevrildi: Əfqanıstan Talibana, İraq isə İrana təslim edildi və hər iki dövlət parçalandı...

Abdulmunim Said
“Şarkul Avsat” qəzeti

Bir həftə əvvəl məşhur CNN kanalında yayımlanan “Amanpour” proqramında aparıcı Kristian Amenpur Moskvadakı tədqiqat mərkəzlərindən birinin rəhbərini qonaq edib. Amenpur qonağından Rusiyadakı ümumi vəziyyətin və həssaslığın siyasi fəal Aleksey Navalnının lehinə səfərbər olub-olmadığını soruşub. Daha sonra prezident Vladimir Putin rəhbərliyi tərəfindən törədildiyi deyilən zəhərlənmə hadisəsinə görə Almaniyada müalicə alıb yenidən ölkəsinə qayıdan Navalnını dəstəkləmək üçün Rusiyanın müxtəlif meydanlarında təşkil edilən nümayişləri saymağa başlayıb. Qonağın cavabları isə soyuq olub. Navalnını dəstəkləyən nümayişçilərin varlığını inkar etməyib, ancaq 150 milyon əhalisi olan və əksəriyyəti bu işə qarışmayan insanların bir ölkəsində həmin etirazçılarların kiçik bir azlıq olduğunu qeyd edib.

Aparıcı belə bir cavab alsa da, dünya ictimaiyyətini səfərbər etməyə davam edib. Rus səlahiyyətlilərinə və Vladimir Putinə qarşı bir çox qınama bəyanatının yayımlanmasını Rusiyadakı rəhbərliyə qarşı qlobal bir mövqe kimi qiymətləndirib və qonağından bu barədə nə düşündüyünü soruşub. Bu sualın cavabı da o biri sual kimi soyuq olub. Qonaq bu qınaqların bütün dünyadan deyil, yalnız Qərb düşərgəsinə bağlı olan ölkələrdən gəldiyini və dünyanın qalan hissəsinin bu məsələyə səssiz qaldığını bildirib. Görəsən, bu müsahibə ilə Bayden administrasiyası arasında bir əlaqə varmı?

Təbii ki, var. Myanmada (keçmiş Birma) hərbi çevriliş baş verdikdə bütün Vaşinqton ayağa qalxıb, prezident Baydendən bu dəyişikliyi dayandırmaq üçün qəti addımlar atmasını və Nobel Sülh Mükafatına layiq görülmüş Myanma baş naziri Anq San Su Çinin azadlığa buraxılmasını tələb etməyə başlayıb. Halbuki keçmiş baş nazir Su Çi vəzifədə olduğu müddətdə ərzində buddist bir ölkədə Rohinya xalqına və müsəlman azlıqlara qarşı etnik təmizləmə törətməkdə ittiham edilmişdi. Ancaq bu tənqidlər ABŞ-ın dövlətin daxilindəki xaosu anlamağa çalışmaqdan çox, demokratiya və insan hüquqları probleminə müdaxilə etməsinə gətirib çıxarır. Bunu tələb edənlər isə uzaq və dərin bir tarixi, xüsusi dini və mədəniyyəti, sivil və hərbi qurumları ilə öz ənənələrinə bağlı olan bir Asiya ölkəsində baş verən hadisəyə ABŞ-ın niyə müdaxilə etdiyini başa düşmək istəmirlər.

Aydın olmaq üçün vurğulamaq istərdim ki, buradakı məqsəd Myanmada baş verən hadisələri dəstəkləmək və ya onlara qarşı çıxmaq deyil. Bu ölkə ilə bağlı xatirələrim Misiri ziyarət edən prezident U Nu dövrünə təsadüf edir. O dövrdə U Nu Afrikadakı Nkrumah və Asiyadakı Sukarno kimi az inkişaf etmiş bir ölkənin lideri idi. O günlər başqa, bu gün isə başqa bir dövrdür. U Nu dövrü post-müstəmləkə zamanı idi və üçüncü dünya ölkələri müstəqil və inkişaf etmiş ölkələrin səviyyəsinə çatmağı xəyal edirdilər. Bu gün bütün dünyada gözardı edilə bilməyəcək qədər ciddi bir dəyişiklik dövrü baş verir. ABŞ-ın özü də daxil olmaqla, bir çox ölkə “qloballaşma” fenomeninə meydan oxuyur. Bu problemin mərkəzində qloballaşmanın Amerika fenomeni olması deyil, adından da göründüyü kimi qlobal bir fenomen olması düşüncəsi var. Bu fenomen Birinci Sənaye İnqilabı və buxar, neft enerjisi, İkinci Sənaye İnqilabı və nüvə enerjisi ilə mübarizə aparmış, indi isə dinamik istehsal gücləri ilə mübarizə aparan bütün xalqların və ölkələrin problemidir.

Prezident Bayden və komandası, Vaşinqtondakı qlobalist liberal elita və Donald Trampın Amerikanın siyasi, iqtisadi və sosial sisteminə verdiyi dərsi (Konqresi hədəf alan hücum və keçmiş prezidentin ittiham olunması) görməzdən gəlmək olmaz. Bu hadisələrin nəticələri hələ aydın deyil. Lakin nəticələrindən asılı olmayaraq, bu, yalnız məğlub olmuş prezidentin deyil, eyni zamanda, ona səs verən, onun yanında olan, mühacirət, vergilər və münasibətlərlə bağlı qərarlarını dəstəkləyən on milyonlarla insanın məsələsidir. Son vəziyyətdə seçkilərdə Bayden qalib gəlmiş olsa da, bu, bir dövrün digəri ilə əvəzləndiyi mənasına gəlmir. Bayden ABŞ-da baş verənlərin Amerika xalqının unudacağı müvəqqəti bir məsələ olmadığını başa düşsə, o zaman uğur qazana bilər.

Xaricdəki vəziyyət də ən azı daxildəki qədər mürəkkəbdir. ABŞ-ın dünya ölkələrinə qarşı siyasi mühəndislik əməliyyatlarına meyil etməsi və ABŞ kapitalının ölkələrə təklif edilən ən real model olduğuna inanması 21-ci əsrin ilk on illiyinə qayıtmaq mənasına gəlmir. Keçmiş sistem uğurlu olmadı. Təkcə iki müharibədə, Əfqanıstanda və İraqdakı hərbi xərclər 7 trilyon dollara çatdı. Qurbanların, məhv edilmiş şəhərlərin və sivilizasiyaların isə əvəzini ödəmək mümkün deyil.

Antik dönəmdən bəri məsələnin təməli budur: dünya ölkələri və xalqları insanlar kimi müxtəlifdirlər. Hər birinin öz sistemi ilə yanaşı, həm də xüsusi uyğunlaşma mexanizmləri və problemlərini Vaşinqtonun deyil, öz üsulları ilə həll etmək bacarıqları var. Biri 100 il, digəri isə 30 il davam edən müharibələrdən sonra 1648-ci ildə Avropa ölkələri başda beynəlxalq münasibətlərin ən vacib prinsiplərindən olan “dövlətlərin daxili işlərinə qarışmamaq” prinsipi ilə Vestfaliya Sülhünü imzaladılar. Bu prinsip daha sonra BMT-nin əsasını qoydu. Lakin o gündən bu günədək sözügedən prinsipi ən çox pozanlar qloballaşma iddiasını ortaya atan müstəmləkəçi dövlətlər oldu.

Dünya, şübhəsiz ki, artıq bir-birinə daha yaxındır. Bəşəriyyət yaxınlaşmaq və maraqları müzakirə etmək prosesinin ən pik həddinə çatıb. Lakin hər ölkənin daxili və xarici siyasətlərini necə müəyyən edəcəyi öz xalqından, əldə etdiyi məlumatlardan və gücündən asılıdır. ABŞ-ın yaxın tarixindən öyrənməli olduğumuz əsas dərs odur ki, siyasi rejimlərə hərbi və ya yumşaq güclə müdaxilə etmək o ölkələrin xalqları üçün hər zaman faciə doğurub.

Vaşinqtonun yaxın tarixində etdiyi 2 hərbi müdaxilənin nəticəsi də tamamilə tərsinə çevrildi: Əfqanıstan Talibana, İraq isə İrana təslim edildi və hər iki dövlət parçalandı. Qərb dünyası Avropa Birliyinin təcrübəsi ilə daha uyğun hala gəlsə belə, Avropanı yeni və köhnə olaraq ayıran yenə ABŞ oldu. İngiltərə AB daxilində özünə layiq olduğunu yeri tuta bilmədiyi üçün birlikdən ayrıldı. Bayden keçmiş dövrün alətləri ilə fərqli dünya ölkələrini araşdırmadan onları günahlandırmaqla yenilik yarada bilməz. Əsas yenilik keçmişdən çıxarılan dərsləri yeni mərhələdə tətbiq edə bilməkdir. Bu mərhələdə dünya ölkələrinin reallıqları Vaşinqtonun deyil, öz xalqlarının yanaşması ilə nəzərə alınmalıdır. Çünki sonda bədəl ödəyən də, qalib gələn də xalqlar olacaq.


Etiket:

Digər xəbərlər

Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)

Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)

27.02.2021
İlham Əliyevdən Fikrət Sadıxovla bağlı sərəncam

İlham Əliyevdən Fikrət Sadıxovla bağlı sərəncam

27.02.2021
Azərbaycanda böyük əfv: Kimlər azadlığa çıxa bilər?

Azərbaycanda böyük əfv: Kimlər azadlığa çıxa bilər?

27.02.2021
Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

27.02.2021
Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradıldı (SİYAHI)

Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradıldı (SİYAHI)

27.02.2021

"Baku Medical Plaza"da ölüm hadisəsi - Həkim səhvinin qurbanı, yoxsa?..

27.02.2021
Kobud tender pozuntusu: FHN 126 min manatlıq it yemi alır (FOTO)

Kobud tender pozuntusu: FHN 126 min manatlıq it yemi alır (FOTO)

27.02.2021
Azərbaycanda yoluxma 300-ə yaxınlaşdı

Azərbaycanda yoluxma 300-ə yaxınlaşdı

27.02.2021
10 manatlıq MMC-lərinin illik vergi borcu yüz milyonları əhatə edir - “Tender mafiyası”nın “nağdlaşdırma əməliyyatları”…

10 manatlıq MMC-lərinin illik vergi borcu yüz milyonları əhatə edir - “Tender mafiyası”nın “nağdlaşdırma əməliyyatları”…

27.02.2021
Bakı Metropoliteni:

Bakı Metropoliteni: "Sərnişinləri hər an qarşılamağa hazırıq"

27.02.2021
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)

Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)

27.02.2021
İlham Əliyevdən Fikrət Sadıxovla bağlı sərəncam

İlham Əliyevdən Fikrət Sadıxovla bağlı sərəncam

27.02.2021
Azərbaycanda böyük əfv: Kimlər azadlığa çıxa bilər?

Azərbaycanda böyük əfv: Kimlər azadlığa çıxa bilər?

27.02.2021
İnam Kərimovun qardaşı vəzifədən azad edildi

İnam Kərimovun qardaşı vəzifədən azad edildi

23.02.2021
Almaniyada polis komissarı olan azərbaycanlı gözəl (FOTOLAR)

Almaniyada polis komissarı olan azərbaycanlı gözəl (FOTOLAR)

21.02.2021
Sabiq nazir müavini vəfat etdi (FOTO)

Sabiq nazir müavini vəfat etdi (FOTO)

23.02.2021
Azərbaycanın tanınmış kinorejissoru vəfat etdi

Azərbaycanın tanınmış kinorejissoru vəfat etdi

28.01.2021
Azərbaycanda nazirlik əməkdaşlarına silahlı hücum edildi: Yaralılar var

Azərbaycanda nazirlik əməkdaşlarına silahlı hücum edildi: Yaralılar var

28.01.2021
Bakıda daha bir erməni terrorçusu barədə cinayət işi başlanıldı

Bakıda daha bir erməni terrorçusu barədə cinayət işi başlanıldı

28.01.2021
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az