Azərbaycanda son sutkada koronavirus infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 169 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə MilliYol.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 231 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 514 nəfər müalicə olunaraq sağalıb, 3 178 nəfər vəfat edib. Hazırda 2 303 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 715, bu günə qədər isə ümumilikdə 2 495 198 test icra olunub.
Digər xəbərlər
loading...