Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovla bağlı maraqlı məlumatlar yayılıb.
MilliYol.Az xəbər verir ki, jurnalist Həbib Müntəzir nazir qardaşının avtomobil kolleksiyası ilə bağlı ilginc faktları dərc edib.
Həbib Müntəzir bildirib ki, Səməd Heydərovun kolleksiyasına "Mazda 6 Red", "Toyota Tundra Black", "BMW 760li", "Lincoln MKZ", "Mercedes S500 Brabus", "Mercedes E 63 AMG", "Cadillac Escalade", "Lexsus 570", "Hyundai Genesis", "Mercedes-Benz G 55 AMG", "Porsche Panamera", "Bentley Continental GT", "Porsche Cayenne Turbo", "Toyota Hilux 2013 Tuining" kimi məşhur markalar daxildir.
Rəsmi olaraq 99FS777, 99FK777, 99DK777, 10KJ777, 90CL777, 90TH777 dövlət nömrə nişanları Səməd Heydərovun adınadır.
Həbib Müntəzirin sözlərinə görə, “Qaçqınkom” sabiq sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi məşhur qəzada avtoşluq edən maşınlardan biri də Səməd Heydərovun olub:
“Yadınızdadırsa zamanında baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev avtoşluq edərək qəza törətmişdi. Həmin qəzada avtoşluq etdiyi şəxs 99FS777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov idi. Nömrə Səmədin adına olduğu üçün mətbuat o zaman səhv salmışdı. Maqa ləqəbli avtoş Mirməhəmməd Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. Sən demə Əlövsət Səmədin bacanağı imiş. Ona görə oğluna kolleksiyasından istifadə etməyə icazə verib, o da adam vururmuş bununla. 30 sutka yatıb çıxmışdı. Kolleksiya o qədər böyük, maşın o qədər boldur ki, bacanaqoğlu istədiyi zaman istədiyini götürüb rahatlıqla avtoxuliqanlıq edir…”.