Azərbaycan Respublikası Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, milli maraqlarımıza xidmət edən bir dövlət qurumu kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və gündəlik qayğısı nəticəsində mümkün olub. Bu gün Ulu Öndərin qurduğu və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi yüksələn və inkişaf edən Azərbaycanın güclü olmasında peşəkar kadrlarının da rolu vardır. Belə peşəkar kadrlardan biri də Səbail rayon prokuroru Natiq Məhəmməd oğlu Əsədovdur.
Natiq Əsədov əmək fəaliyyətinə prokrorluq orqanlarında başlayıb. Natiq Əsədov vətənpərvəlik nümunəsi olan və xalqımızın xatirələrinə yaşayan cəsarətli və mərd kimi tanıdıgımız , “Qarakənd” faciəsi zamanı həlak olan Daxili işlər naziri, general Məhəmməd Əsədovun oğludur. Azərbaycan xalqına, müstəqil dövlətinə və peşə borcuna sədaqət, təmiz mənəviyyat, qanuna, vətəndaşların hüquq və azadlıqlarına hörmət, prinsipiallıq, obyektivlik və ədalətlilik - Azərbaycan prokuroru kimi Natiq Əsədovun həyat amalıdır.
Ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin yaradılmasında, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında, kriminogen durumun yaxşılaşdırılmasında, konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatında digər hüquq-mühafizə orqanları ilə yanaşı, prokurorluq orqanlarının mühüm xidmətləri vardır. Dövlətinə, xalqına və Prezidentinə hər zaman sadiqlik nümayiş etdirən Natiq Əsədov qanunla üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirir, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur. Doğurdan da atalarımız gözəl deyib “Ot kökü üstündə bitər”
İmdad Bayramov
BDU-nun müəllimi