“America İdream MMC” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.
MilliYol.az xəbər verir ki, elanda kreditorlara iki ay ərzində tələblərini AZ 1015 Bakı şəhəri, Nizami rayonu, Səməd Bəy Mehmandarov küçəsi, ev 84, mənzil 106 ünvanına bildirməyi istənilib.
2019-cu ilin iyun ayının 25-də yaradılan nümayəndəliyin qanunu nümayəndəsi Emil Nadirli Elman oğludur.
Qeyd edək ki, ötən ilin avqust ayında xarici şirkətin Azərbaycandakı filialı ləğv edilmişdi.
Xaricdə təhsillə məşğul olan “America IDream” şirkətinin baş ofisi Nyu Yorkun “Wall Street” küçəsində yerləşir. Şirkətin yaradıcısı Nigar Əliyevadır.
Digər xəbərlər
loading...