Xaçmaz Regional Mədəniyyət İdarəsi bir fiziki şəxslə 4 satınalma müqaviləsi bağlayıb.
Təxminən 55 min manat məbləğində olan müqavilələr Məmmədli Malik Mikayıl oğlu ilə imzalanıb. Müqavilələrin 3-u kotirovka sorğusu, biri isə tender şərtləri əsasında bağlanıb.
Belə ki, Malik Məmmədli idarəyə məxsus sayta göstərilən xidmətlərə görə 16 min 600, mətbəə mallarının satınalınmasına görə 10 min 200, antivirus və digər proqramların satınalınmasına görə 10 min 426 manat alacaq. Abadlıq işlərinin (mallarının) satınalınması tenderinin qalibi olduğuna görə isə ona 18 min manat ödəniləcək.
Tenderin şərtlərinə görə, Malik Məmmədli 270 m(2) xarici divar səthlərininin suvanmasını, 3.6 m(2) qapı yamaclarının sement məhlulu ilə təmiri, 270 m(2) xarici divar səthlərində (binada H=8m) köhnə suvağın sökülməsini, 26.6 m(2) taxta səth üzrə daxili divarların yağlı boya ilə boyanması, 270 m(2) xarici divar səthlərinin (binada H=8m)emulsiya boyası ilə boyanması, 2531.5 m(2) divar və tavan səthlərinin köhnə boya qatından qaşınıb təmizlənməsi, 159.66 m(2) divar səthlərində suvaq qatının hissə-hissə təmiri, 56 m(2) yararsız taxta qapıların çıxarılması, 56 m(2) MDF tipli qapı bloklarının quraşdırılması, 30 dəst qapı qıfıl dəstlərinin quraşdırılması, 30.2 m(2) qapı yamaclarının sement məhlulu ilə təmiri, 298.09 m(2) yararsız taxta döşəmənin sökülməsi, 298.09 m(2) taxta laqaların quraşdırılması, 298.09 m(2) taxtadan qara döşəmənin(qal.28mm)düzəldilməsi, 298.09 m(2) laminat döşəmənin düzəldilməsi, 732 m(2) tavanın emulsiya boyası ilə boyanması, 1959 m(2) daxili divarların emulsiya boyası ilə boyanması, 1154 m(2) divar və tavan səthlərinin köhnə boya qatından qaşınıb təmizlənməsi, 31 m(2) divar səthlərində suvaq qatının hissə-hissə təmiri, 42.7 m(2) yararsız taxta pəncərələrin çıxarılması, 42.7 m(2) M/plastik pəncərə bloklarının quraşdırılması, 18.2 m(2) pəncərə yamaclarının sement məhlulu ilə təmiri, 298.09 m(2) həmçinin taxta laqaların, 8.2m(2) yararsız taxta qapıların çıxarılması, 322m(2) daxili divarların emulsiya boyası ilə boyanması, 168 m(2) tavanın emulsiya boyası ilə boyanması, 850 m(2) daxili divarların emulsiya boyası ilə boyanması, 335 m(2) tavanın emulsiya boyası ilə boyanması, 55.3 m(2) döşəmədə yararsız kermoqranit plitələrin sökülməsi, 55.3 m(2) sement məhlulu ilə 20 mm qalınlığında hamarlayıcı qatın verilməsi, 55.3 m(2) laminat döşəmənin düzəldilməsi, 432 m(2) divar və tavan səthlərinin köhnə boya qatından qaşınıb təmizlənməsi, 124 m(2) tavanın emulsiya boyası ilə boyanması, 66.4 m(2) taxta pəncərələrin yağlı boya ilə boyanması, 168 m(2) tavan səthlərinin köhnə boya qatından qaşınıb təmizlənməsi, 308 m(2) daxili divarların emulsiya boyası ilə boyanması, 220 m PVX boruların (d=20mm) çəkilməsi, 310 m elektrik naqillərinin e/k 1x2.5 mm2 çəkilməsi, 550 m elektrik naqillərinin e/k 1x4.0 mm2 çəkilməsi, 8 ədəd elektrik avtomat açarların qoyulması, 6 ədəd elektrik paylayıcı qutuların qoyulması, 8 ədəd elektrik açarının qoyulması 12 ədəd elektrik rozetkasının qoyulması, 9 ədəd elektrik çilçıraqlarının (iki şamdanlı) asılması, 322 m(2) daxili divar səthlərinin sement məhlulu ilə suvanması, 322 m(2) daxili divar səthlərində köhnə suvağın sökülməsi, 91.8 m(2) taxta qapıların yağlı boya ilə boyanması işlərini görməlidir.
Göründüyü kimi Quba rayonunda yerləşən 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçən Malik Məmmədli adlı fiziki şəxs suvaq vurmaq, suvaq sökmək, qapı quraşdırmaq, boya vurmaq və elektrik işlərini bacarmaqla yanaşı, sayta texniki xidmət göstərmək qədər istedadlı adamdır. Kotirovka sorğularından göründüyü kimi adamın alver etmək bacarıqları da var. Belə unikal qabiliyyt sahibinin Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən "qiymətləndirilməsi” şübhəli məqamlardan xəbər verir. Çünki idarənin keçirdiyi son tenderlərin demək olar hamısında qanun pozuntuları müşahidə olunub. Və bu barədə mediada kifayət qədər məlumat dərc olunub.
Məlumatlardan görmək olar ki, Xaçmaz Regional Mədəniyyət İdarəsi əvvəlki illərdə etdiyi qanun pozuntularını bu gün də davam etdirir. Digər maşın və avadanlıqların satınalması, cari və əsaslı təmir işləri adı altında elan olumuş tenderdə işlərin harada, hansı kitabxanada, klubda, mədəniyyət evində, yaradıcılıq mərkəzində, musiqi məktəbində aparılması açıq göstərilmir.
Qeyd edək ki, Xaçmaz Regional Mədəniyyət İdarəsi özündə beş rayonu birləşdirir və idarəyə 2002-ci ildən Nazim Ağayev rəhbərlik edir. O, 1991-1997-ci illərdə Xaçmaz rayon Sayad kəndli təsərrüfatında, Sayad kolxozunda rəhbər və sədr vəzifələrində işləyib. 1997-2002-ci illərdə Xaçmaz rayon İcra Hakimiyyətində I müavin vəzifəsində çalışmış Nazim Ağayev 2002-ci ildən 2017-ci ilə kimi Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri, 2017-ci ilin yanvar ayının 5-dən isə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon mədəniyyət idarələrini özündə birləşdirən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır.