Nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı kimi tanınan Qulam Ələkbərovla bağlı yeni iddialar ortaya çıxıb.
Hazırda iki ölkənin - Ukrayna və Azərbaycanın vətəndaşlığını daşıyan və kriminal aləmlə ciddi əlaqələri olduğu iddia edilən Qulam Ələkbərovla bağlı araşdırmalara qərar verilib.
Bu barədə aztoday.az-a etibarlı mənbədən məlumat daxil olub.
Məlumatda bildirilir ki, Ələkbərovun ikili vətəndaşlığı onun əsas himayəçisi olan Ziya Məmmədova da problem yaradıb. Çünki Azərbaycan Konstitusiyası ikili vətəndaşlığı qadağan edir. Aydın görünür ki, Qulam Ələkbərov ölkənin Ana Yasasını pozub.
Onun ikili vətəndaşlıq daşıması isə artıq təsdiq olunub. Qulam Əlkəbərovun həbsinə hazırlıq da məhz ikili vətəndaşlıq daşıması və kriminal aləmlə əlaqələrinin olmasıdır.
Mənbə bildirir ki, Qulam Ələkbərov xeyli sayda qohumunu dövlət qurumlarında vəzifələrə yerləşdirib. Bunda isə ona nəqaliyyat naziri yardım edib. Belə bir təhlükəli adamın dövlət qurumlarında kök salması isə hökumətdə bir çoxlarını ciddi narahat edib. Həmçinin Əlkəbərovun böyük biznes şəbəkələrinə malik olması, bir müddət öncə isə biznesinin böyük bir hissəsini ölkədən çıxarması da onunla bağlı ciddi tədbirlərin görülməsinə hazırlığın getdiyindən xəbər verir.
Bəzi iddialarda isə artıq Ələkbərovun ölkəni tərk etdiyi, hazırda Kiyevdə olduğu deyilir. Amma mənbə onun ölkəyə gedib-gəldiyini də istisna etmir. Bundan başqa, Əlkəbərovun ölkəyə gətirilməsi də o qədər ciddi problem deyil. Çünki xeyli sayda qohumu dövlət qurumlarında işləyir və ölkədən qaçma şansı yoxdur.
Maraqlıdır, Qulam Ələkbərova ölkədə bu boyda şəraitin yaradılması və biznes şəbəkələrini əlində saxlamasına imkan verildiyi halda, ona ikili vətəndaşlığı hansı qüvvə təşkil edib? Konkret Azərbaycan Respublikasının Konstitusiyasını pozmağa cəsarət edən
"Milli Yol"
Digər xəbərlər
loading...