Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroservis” ASC-nin 2020-ci il üçün maliyyə hesabatlarının auditi üzrə tenderin qalibini elan edib.
MilliYol.Az xəbər verir ki, 48,5 min manat dəyərində olan tenderi “Himmara Audit” MMC qazanıb.
Qeyd edək ki, “Aqroservis”in ötən il keçirdiyi katirovka sorğusunda da qalib “Himmara Audit” olub. Maraqlıdır ki, 2018-2019-cu illər üçün maliyyə hesabatlarının yoxlanılması üzrə auditor xidmətlərinin dəyəri 35 min manat olduğu halda, bu il xidmətin qiyməti 13,5 min manat çox olub.
Müqavilə şərtləri açıqlanmadığından auditor xidmətinin hansı səbəbdən artmasının səbəbini müəyyən etmək mümkün olmadı.
Qeyd edək ki, dövlət şirkətinin 2019-cu il üzrə maliyyə hesabatları açıqlanmayıb.