Nəsimi Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.
Oxu.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı RİH-in başçısı Asif Əsgərov əmr imzalayıb.
Əmrə əsasən, Ramiz Quliyev Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının müavini təyin edilib. O, artıq yeni vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, R.Quliyev bu təyinata qədər Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsində Regionlarla İş şöbəsində şöbə müdiri vəzifəsində çalışıb.
Təyinatı Nəsimi Rayon İcra Hakimiyyətindən təsdiq ediblər.
Digər xəbərlər
loading...