• Xəbər lentİ
Fləş

Nazir teatr direktorunu işdən çıxarıb yeni vəzifəyə təyin etdi (FOTO)

11:06 / 04.03.2021

Milli Qurtuluş Partiyası YAP-a qoşuldu

15:30 / 04.03.2021

Azərbaycan və Türkiyə ordusu birgə hərbi təlimlər keçirəcək (FOTOLAR)

14:13 / 04.03.2021

Səfər Mehdiyevdən DGK-də yoxlamaların aparılması ilə bağlı açıqlama

13:05 / 04.03.2021

Zəngəzur dəhlizi Azərbaycana nə verəcək? (ŞƏRH)

12:56 / 04.03.2021

Metyu Brayza: "Azərbaycanın Qarabağda antiterror əməliyyatı aparmaq hüqüqü var"

12:50 / 04.03.2021

Nazir teatr direktorunu işdən çıxarıb yeni vəzifəyə təyin etdi (FOTO)

11:06 / 04.03.2021

Prezident Pakistanın Baş Qərargah rəisini videoformatda qəbul etdi

16:45 / 03.03.2021

Azərbaycanda daha bir vəzifəli şəxs minaya düşdü (FOTO)

16:17 / 03.03.2021

Azərbaycanda son sutkada koronavirusa neçə nəfər yoluxub?

15:20 / 03.03.2021

13 yanğın baş verdi, 5 nəfər xilas edildi, 1 nəfər vəfat etdi (VİDEO)

14:24 / 03.03.2021

Milli Qurtuluş Partiyası bu gün qurultay keçirir

13:33 / 03.03.2021

Tarixçi Dilavər Əzimli dünyasını dəyişdi

12:07 / 03.03.2021

Əməkdar artist beyin infarktı keçirdi

10:48 / 03.03.2021

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

10:33 / 03.03.2021

Qorxmaz Hüseynovdan Elmar Vəliyevə jest: Daha bir tender

10:23 / 03.03.2021

Nazirin milyonluq "Topaz" biznesi niyə batır? - Əmsalların azlığı, qeyri-peşəkarlıq...

10:09 / 03.03.2021

Niyə qonşulardan 8 dəfə baha uçuruq? - AZAL-a ETİRAZ

09:42 / 03.03.2021

İllik gəliri 27 milyard dollar olan şirkət Azərbaycanda filial açdı

09:35 / 03.03.2021

Fəxrəddin Manafovun həyat yoldaşı vəfat etdi (FOTO)

09:08 / 03.03.2021

Müharibə sonrası Türkiyə-Azərbaycan əməkdaşlığı

21:00 / 02.03.2021

“Vətən” müharibəsinin yaratdığı yeni geopolitik reallıq

19:00 / 02.03.2021

Hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edildi (RƏSMİ)

17:56 / 02.03.2021

Xalq artistinin həyat yoldaşı vəfat etdi

16:04 / 02.03.2021

FHN Bakıda yanğın təhlükəsinin qarşısını aldı (FOTO/VİDEO)

15:26 / 02.03.2021

Azərbaycanda yoluxma 350-ni keçdi

14:17 / 02.03.2021

Şahmar Vəliyevin şirkəti Məşğulluq agentliyindən 3,6 milyon manatlıq tender uddu

14:03 / 02.03.2021

Jurnalist Təbriz Məhərrəmoğlunun dayısı dünyasını dəyişib

12:55 / 02.03.2021

Azərbaycan və Türkiyə milliləri yoldaşlıq görüşü keçirəcək

12:28 / 02.03.2021

Üç ay əvvəl təyin edilən polis rəisi aşağı vəzifəyə göndərildi

12:25 / 02.03.2021

DYP tıxacların səbəbini açıqladı, sürücülərə xəbərdarlıq etdi

11:51 / 02.03.2021
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 Mart 2021
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Şahin Ağabəylisiz 45-ci doğum günü… - Dostları mərhum jurnalisti anırlar

12:16 27.01.2021 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Bu gün 11 il əvvəl avtomobil qəzasında faciəvi şəkildə həlak olan «Milli Yol» qəzetinin və «Poliqon» İnformasiya Agentliyinin (pia.az) təsisçisi və baş redaktoru Şahin Ağabəylinin doğum günüdür.

Şahin Ağabəyli 1976-cı il yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açıb. O, 1993-cü ildə orta məktəbi bitirdikdən sonra mərhum prezident Əbülfəz Elçibəy tərəfindən təhsil almaq üçün Türkiyə Quru Qoşunlarının Hərbi Akademiyasına üçün göndərilən 23 gəncdən biri olub.

1999-cı ildə təhsilini bitirib Bakıya qayıdan Şahin Ağabəyli 2000-ci ildə ordudan tərxis olunub. Elə həmin il Əbülfəz Elçibəy tərəfindən Bütöv Azərbaycan Birliyinin (BAB) nəzdində yaradılan Bütöv Azərbaycan Məktəbinin (BAM) rəhbəri təyin olunub.

Şahin Ağabəyli Türkiyədə Quru Qoşunlarının Hərbi Akademiyasını bitirsə də, əsas fəaliyyəti jurnalistika ilə bağlı olub. 2003-cü ildə «Milli Yol» qəzetini təsisçisi və baş yazarı olan Şahin Ağabəyli 2006-cı ildə «Poliqon» İnformasiya Agentliyinin qurucusu olub.

O, 2006-cı ildə peşə fəaliyyətinə görə həbs olunsa da, bir müddət sonra prezident tərəfindən əfv edilib.

2009-cu ildə isə baş redaktoru olduğu PİA.AZ saytını təsis edib.

2010-cu il oktyabrın 27-də Bakı-Astara magistralında, ağır yol qəzasında dünyasını dəyişib.

Şahin Ağabəyli evli idi, bir övladı yadigar qalıb. Bir insanın böyüklüyü həm də onu vəfatından sonra necə xatırlamasından bilinir. Mərhum Şahin Ağabəyli təkcə dostları, yaxınları üçün deyil, eləcə də mətbuat üçün ağır itkidir.

“Poliqon” İnformasiya Agentliyinin rəhbəri və Şahin Ağabəylinin qardaşı Azər Qaramanlı mərhum jurnalisti bir dost olaraq xarakterizə edərək bildirib ki, Şahin Ağabəylinin digər media rəhbərlərindən fərqi öz əməkdaşlarına tam sərbəstlik verməsi idi. Şahin özü millətçi olsa da, qəzetində liberallara daha çox yer ayırırdı. Burada onlara hansısa qadağalar qoymurdu.

O, siyasi baxımdan razılaşmadığı insanlara da qəzetində tribuna verirdi. Bu, onun söz azadlığına verdiyi qiymət idi. Şahin sona qədər söz azadlığını qoruyub saxladı və onun Azərbaycan mətbuatındakı bənzərsizliyi bundan ibarət idi.

Jurnalist Pərvin Kazımoğlu isə Şahin Ağabəylinin insanlara etimad göstərməyi, inanmağı və şans verməyi bacardığını qeyd edib. Bununla yanaşı, Şahin Ağabəyli ölkənin ən böyük, ən radikal qəzetlərindən birini əmanət edə biləcək qədər cəsarətin sahibi idi. Heç nədən çəkinməzdi, təhlükənin üzərinə getməyi bacarırdı. Özündən əvvəl dostlarını, ailəsini düşünürdü.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Şahinin jurnalistikaya hörmət edən və etdirən qələm adamı olduğunu qeyd edib.

“Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu Şahin Ağabəylinin Azərbaycan mətbuatının istedadlı və fədakar bir təmsilçisi olduğunu qeyd edib. O, bildirib ki, Şahin ideoloji olaraq ölmədi. Biz Şahinin buraxıb getdiyi davanın təmsilçiləriyik və bu davamızı bu gün də aparırıq.

Davamızın əsas qayəsi odur ki, Azərbaycanda azad söz və mətbuat olsun və azad sözü təmsil edən insanların bu söz uğrunda mücadiləsinin bir nəticəsi olsun.

Qeyd edək ki, Şahin Ağabəyli yaşasaydı, bu gün 45 yaşını qeyd edəcəkdi.

Allah rəhmət eləsin!

Mənbə: Yenicag.az


Etiket:

Digər xəbərlər

Nazir teatr direktorunu işdən çıxarıb yeni vəzifəyə təyin etdi (FOTO)

Nazir teatr direktorunu işdən çıxarıb yeni vəzifəyə təyin etdi (FOTO)

04.03.2021
Səfər Mehdiyevdən DGK-də yoxlamaların aparılması ilə bağlı açıqlama

Səfər Mehdiyevdən DGK-də yoxlamaların aparılması ilə bağlı açıqlama

04.03.2021
Metyu Brayza:

Metyu Brayza: "Azərbaycanın Qarabağda antiterror əməliyyatı aparmaq hüqüqü var"

04.03.2021
Zəngəzur dəhlizi Azərbaycana nə verəcək? (ŞƏRH)

Zəngəzur dəhlizi Azərbaycana nə verəcək? (ŞƏRH)

04.03.2021
Milli Qurtuluş Partiyası YAP-a qoşuldu

Milli Qurtuluş Partiyası YAP-a qoşuldu

04.03.2021
Azərbaycan və Türkiyə ordusu birgə hərbi təlimlər keçirəcək (FOTOLAR)

Azərbaycan və Türkiyə ordusu birgə hərbi təlimlər keçirəcək (FOTOLAR)

04.03.2021
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Nazir teatr direktorunu işdən çıxarıb yeni vəzifəyə təyin etdi (FOTO)

Nazir teatr direktorunu işdən çıxarıb yeni vəzifəyə təyin etdi (FOTO)

04.03.2021
Səfər Mehdiyevdən DGK-də yoxlamaların aparılması ilə bağlı açıqlama

Səfər Mehdiyevdən DGK-də yoxlamaların aparılması ilə bağlı açıqlama

04.03.2021
Metyu Brayza:

Metyu Brayza: "Azərbaycanın Qarabağda antiterror əməliyyatı aparmaq hüqüqü var"

04.03.2021
Xalq artistinin həyat yoldaşı vəfat etdi

Xalq artistinin həyat yoldaşı vəfat etdi

02.03.2021
İlham Əliyevdən Fikrət Sadıxovla bağlı sərəncam

İlham Əliyevdən Fikrət Sadıxovla bağlı sərəncam

27.02.2021
Prezidentin köməkçisindən açıqlama: Karantin sərtləşdirilir?
 

Prezidentin köməkçisindən açıqlama: Karantin sərtləşdirilir?  

26.02.2021
Amur azərbaycanlılarından şəhid ailələrinə dəstək (VİDEO)

Amur azərbaycanlılarından şəhid ailələrinə dəstək (VİDEO)

02.02.2021
DİN və DSX Xəzər dənizində birgə əməliyyat keçirdi (VİDEO)
 

DİN və DSX Xəzər dənizində birgə əməliyyat keçirdi (VİDEO)  

06.02.2021
Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı (TƏQVİM)

Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı (TƏQVİM)

10.02.2021
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az