“Fevralın 1-dən ölkənin bütün ərazisində məktəblər açılır, ibtidai sinif şagirdləri və məktəbəqhazırlıq qrupları üçün məktəblərdə dərslər qismən bərpa edilir”.
MilliYol.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, fevralın 1-dən 1-4-cü siniflər üzrə əyani təhsil Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə olmaqla, digər bölgələrdə isə həftədə 4-5 dəfə bərpa olunmasına qərar verilib.
Digər xəbərlər
loading...