Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin keçmiş müdiri (2016-2020) Elnur Həmid oğlu Süleymanov ötən ilin sentyabrında İngiltərədə ORANGE OYS LTD şirkətini təsis edib. OYS - Odlar Yurdu Sığorta şirkətinin adının abbreviaturasıdır. Şirkət biznes təsnifatına görə sığorta sahəsində fəaliyyət göstərir.
MilliYol.Az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Elnur Süleymanovun ixtisasca həkim işləyən anası Nəzakət Süleymanova Akif qızı 2014-cü ildə qeydiyyatdan keçmiş "ODLAR YURDU SIĞORTA BROKERİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisidir. 3 il əvvəl onun adı ötən il iflas elan edilmiş Əmrahbankla məhkəmə çəkişməsində keçib. Elnur Süleymanov nazirlikdəki vəzifəsindən əvvəl Rusiyada müxtəlif sığorta şirkətlərində çalışıb, bizneslə məşğul olub, Çexiyanın məşhur Karlovi Varı kurort şəhərində onun və ailə üzvlərinin daşınmaz əmlak şirkəti var.