"Vaksin təhlükəsizdir. Türkiyə Sinovax şirkətindən 50 milyon sifariş verib".
MilliYol.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində çıxış edərkən deyib.
"Əhalini vaksinasiyada aktiv iştirak etməyə çağırırıq", - o bildirib.
Teymur Musayev bildirib ki, hazırda dünyada 7 vaksin 3-cü fazanı keçib: “Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq. Eyni zamanda “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. “Sinovac” şirkətinin “CoronaVac” vaksini 91.25 faiz effektivdir. Bu vaksin qoruyucudur”.