Trampın dönəmində Qarabağda status-kvo ilə bağlı hansısa dəyişikliyə nail olmaq olar?
“Erməniləri arxayın edən səbəblər arasında bəzi beynəlxalq subyektlərin onların arxasında durmasıdır”. Bu fikirləri politoloq Zaur Məmmədov Trampın ABŞ prezidenti seçilməsindən sonra Dağlıq Qarabağ probleminin həllində, xüsusilə status-kvo ilə bağlı hansısa dəyişikliyin olma ehtimalını PİA.AZ-a şərh edərkən deyib.
Aprel döyüşlərindən sonra Azərbaycan tərəfində tezliklə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ümidlər yaranmışdı. Erməni tərəfinin Putinlə görüşü, özünü münaqişənin həllinə yaxın göstərməsi bu ümidləri daha da artırmışdı. Amma indi erməni tərəfi, ümumiyyətlə, danışıqlara gəlmir, əksinə, onlar Azərbaycana qarşı son vaxtlar yenidən hədə-qorxu siyasəti aparır.
Trampın ABŞ prezidenti seçilməsindən sonra yaranmış beynəlxalq vəziyyətə görə demək olarmı ki, Dağlıq Qarabağ probleminin həllində, xüsusilə status-kvo ilə bağlı hansısa dəyişikliyə nail olmaq olar?
Bu mövzu ilə bağlı PİA.AZ Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədova müraciət edib.
Politoloq qeyd edib ki, İrəvan dünəndən etibarən heç ordusuna belə nəzarət edə bilməyəcək. Yəni əgər dünənə qədər ordudan başqa bütün sahələrə ruslar nəzarət edirdilərsə, dünəndən etibarən ordu da onların legal nəzarətinə keçdi:
“Aprel döyüşləri zamanı ordumuzun şücaəti ermənilərin yadından hələ də çıxmayıb. Sadəcə, məsələ orasındadır kı, erməniləri arxayın edən səbəblər var. Təbii ki, erməniləri arxayın edən səbəblər arasında bəzi beynəlxalq subyektlərin onların arxasında durmasıdır. Bu gün faktiki olaraq Ermənistan adlı dövlət yoxdur. Suveren hakimiyyət öz ərazisindəki bütün strateji əhəmiyyətli sahələrə nəzarət etməlidir. İrəvan dünəndən etibarən heç ordusuna belə nəzarət edə bilməyəcək. Yəni əgər dünənə qədər ordudan başqa bütün sahələrə ruslar nəzarət edirdilərsə, dünəndən etibarən ordu da onların legal nəzarətinə keçdi.
Trampın ABŞ da prezident seçilməsi və münaqişənin həllinə səy göstərib – göstərməyəcəyinə gəldikdə isə, Azərbaycan kiməsə bel bağlamamalıdır. Rusiyada, ABŞ- da hakimiyyətdə kimlərin olub – olmamağından asılı olmayaraq biz öz problemimizi özümüz həll etməyi bacarmalıyıq. Bunun üçün isə, güclü iqtisadiyyat, güclü ordu lazımdır. Tramp digərlərindən fərqli deyil. O, da hamı kimi status-kvonun davam edilməsi üçün əlindən gələni edəcək.
Azərbaycan illərdi ki, beynəlxalq güclərdən və Ermənistandan konstruktivlik gözləyir və özü də bu bu konsrtruktiv mövqeni nümayiş etdirir. Lakin, beynəlxalq aləm bunu görmür. Deməli, tez bir zamanda ordumuzun köməyi ilə status-kvonu dəyişməliyik”.
MilliYol.Az
Digər xəbərlər
loading...