“22 dəfə əlaqə saxlamışıq. Bu gün keçmiş toplantılarda imzaladığımız sənədləri gözdən keçirdik".
MilliYol.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra birgə mətuat konfransında bildirib.
“Regional məsələlərdə məsləhətləşmələri davam etdirəcəyik. Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir. Bu proses davam edərsə, o zaman Türkiyə ilə münasibətlərə də baxmaq olar”, - o deyib.
“Azərbaycan Prezidenti İlham Əliyev bütün çətinliklərə baxmayaraq, barış əlini Ermənistana uzatdı, xoş niyyətini nümayiş etdirdi. Hörmətli Prezidentimiz də, biz də dəfələrlə bildirdik ki, əgər davamlı sülh olarsa, Türkiyə, Azərbaycan və Ermənistan olaraq əlaqələrimizi normallaşdıra bilərik", deyə XİN başçısı bildirib.
M.Çavuşoğlu Rusiya ilə kitərəfli ticarət əlaqələrini də inkişaf etdirəcəklərini vurğulayıb.
Türkiyə XİN başçısı Liviya və Suriyada Rusiya ilə birgə fəaliyyəti də yüksək qiymətləndirib.