Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.
MilliYol.Az koronavirus.info-ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 52.0 faiz.
Aranda yoluxma 13.5 faiz, Abşeronda 12.8 faiz, Gəncə-Qazaxda 8.3 faiz, Quba-Xaçmazda 3.1 faiz, Lənkəranda 2.9 faiz, Şəki-Zaqatalada 3.1 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.
Naxçıvanda yoluxma 0.05 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.
Bakının rayonları üzrə də koronavirusa yoluxma statistikası açıqlanıb. Hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.
Belə ki, Binəqədidə koronavirusa yoluxma 15.0 faiz, Xətaidə 13.0 faiz, Yasamalda 12.2 faiz, Sabunçuda 10.7 faiz, Nəsimidə 7.9 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.8 faiz, Qaradağda 5.4 faiz, Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.