• Xəbər lentİ
Fləş

İcra başçısı müavinini vəzifədən azad etdi

09:57 / 17.01.2021

DİQQƏT! Onlayn ödənişlər zamanı kart məlumatları ələ keçirilə bilər (XƏBƏRDARLIQ)

10:51 / 17.01.2021

Alimlərdən koronavirusla bağlı xəbərdarlıq: Marta qədər...

10:34 / 17.01.2021

İcra başçısı müavinini vəzifədən azad etdi

09:57 / 17.01.2021

Mərkəzi Bankın 450 milyonluq binası ilə bağlı yeni iddia: Tikilməyəcək

09:44 / 17.01.2021

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

17:48 / 16.01.2021

Azərbaycanda koronavirusa yoluxma yenidən artdı  

17:41 / 16.01.2021

Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi

16:29 / 16.01.2021

“Azərlotereya”nın idarəetməsi Türkiyə şirkətinə verilir (SƏRƏNCAM)

16:10 / 16.01.2021

Kəlbəcərdə qəbiristanlıqda 27 ildən sonra azan səsləndirildi (VİDEO)

15:43 / 16.01.2021

DİN-dən karantin postlarının ləğvi ilə bağlı açıqlama

14:47 / 16.01.2021

Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq

13:13 / 16.01.2021

Azərbaycan səfirliyinin binasında yanğın (VİDEO)

12:52 / 16.01.2021

İki erməni hərbçinin meyiti qarşı tərəfə verildi

12:48 / 16.01.2021

Operativ Qərargahdan məktəblərlə bağlı açıqlama: Gələn həftə...

11:54 / 16.01.2021

Səhiyyə Nazirliyindən vaksin aıqlaması: Nə qədər təhlükəsizdir?

11:38 / 16.01.2021

Azərbaycanda vaksinasiya hansı ardıcıllıqla aparılacaq? (SİYAHI)  

11:23 / 16.01.2021

Prezidentin köməkçisi vaksinasiyanın başlayacağı tarixi açıqladı

11:19 / 16.01.2021

Giriş-çıxışa qadağa qoyulan şəhər və rayonlarda hərəkət qaydası belə olacaq

11:12 / 16.01.2021

Azərbaycanda karantin rejimi yumşaldıldı (RƏSMİ) 

10:50 / 16.01.2021

Azərbaycanda son sutkada koronavirusun statistikası

17:05 / 15.01.2021

Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlandı

15:42 / 15.01.2021

Prezident və ailə üzvləri Şuşaya səfər etdi (YENİLƏNİB/VİDEO)

14:27 / 15.01.2021

Mehriban Əliyeva Yuxarı Gövhər Ağa məscidinə “Qurani-Kərim” apardı (FOTOLAR)

13:23 / 15.01.2021

Zaxarova: “Rusiya Bakı ilə Yerevan arasındakı humanitar aksiyaları dəstəkləməyə hazırdır”

13:21 / 15.01.2021

Füzuli-Şuşa yolunun və hava limanının təməli qoyuldu

11:57 / 15.01.2021

Mehriban Əliyeva Şuşaya səfərlə bağlı yeni paylaşım etdi (VİDEO)

11:23 / 15.01.2021

Kafe və restoranların fəaliyyəti bu şərtlə bərpa oluna bilər - Həkim

11:00 / 15.01.2021

Əli Həsənov məşhur passajı satışa çıxardı

17:29 / 14.01.2021

Şuşa İslam dünyasının paytaxtı elan olunacaq  

17:03 / 14.01.2021

Vüqar Səfərlinin mənimsədiyi milyonlar...

15:54 / 14.01.2021
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 17 Yanvar 2021
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

SSRİ-nin miskin və sönük son günü – Qorbaçovun Kremldən urvatsız yola salınması 

13:02 27.12.2020 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

25 dekabr 1991-ci il... Bu tarixdə 20-ci əsrin ən yaddaqalan hadisələrindən biri baş verib. Məhz həmin gün əsrin iki superdövlətindən biri olan SSRİ-nin süqutu günü kimi tarixə həkk olunub. Bununla yanaşı, bu tarix SSRİ-nin ilk və sonuncu prezidenti olan Mixail Qorbaçovun prezident qismində sonuncu iş günü kimi də yadda qalıb.

Əslində SSRİ-nin dağılması ilə bağlı 25 dekabr tarixi formal bir xarakter daşıyıb. Çünki son 3-4 ayda ölkədəki siyasi proseslər artıq SSRİ-nin yoxluğunu labüd edib. İki gün öncə, 23 dekabrda Mixail Qorbaçovla Boris Yeltsin arasında 10 saatdan artıq davam edən görüşdə isə SSRİ-nin tabutuna sonuncu mismarlar çalınıb. Rəsmiyyət isə dekabrın 25-i tarixinə saxlanılıb.

Həmişə təmkinli olmağa çalışan Qorbaçov həmin gün emosiyalarını gizlədə bilməyib. Adəti üzrə səhər saatlarında işə başlayan Qorbaçov dekabrın 25-də də eyni vaxtda Kreml kabinetində növbəti və sonuncu iş gününə başlayıb. Kabinetə birbaşa olunan ilk zənglər (cəmisi bir neçə nəfərin buna səlahiyyəti olub, o cümlədən Raisa Qorbaçovanın da) prezidentə iş gününün heç də sakit keçəcəyini vəd etməyib.

Beləliklə, ilk zəng saat 11-12 radələrində Raisa Qorbaçovadan gəlib. Birinci ledi həyat yoldaşına bildirib ki, Kremlin təsərrüfat idarəsinin nümayəndələri onların Kosıgin küçəsində yerləşən xidməti mənzilinə gələrək təcili mənzili boşaltmağı tələb edirlər. Qorbaçov müvafiq tədbirləri görməyə macal tapmamış Raisa Qorbaçovadan ikinci zəng gəlib. Bu dəfə o, onların Barvixadakı bağ evlərinə Yeltsinin adamlarının “təşrif” buyurduğunu, bağ evindən əşyaların təcili çəxarılmasını tələb etdiklərini bildirib. Xanımının ikinci zəngindən sonra Qorbaçov səsinin tonunu qaldıraraq müvafiq xidmətlərin rəhbərləri ilə sərt danışıb. Qorbaçovun emosiyalarına “hörmətlə” yanaşan kiçik məmurlar ona 3 gün vaxt veriblər.

Günorta saatlarında Mixail Qorbaçov axşam televiziya vasitəsi ilə xalqa edəcəyi müraciətinin üzərində işləyib. Eyni vaxtda Rusiya Ali Sovetində iclas keçirilib. İclasda RSFSR-in adının dəyişdirilərək Rusiya Federasiyası edilməsi ilə bağlı qərar qəbul olunub. Həmin iclasda Yeltsin Qorbaçovun istefa verdiyini bəyan edib. Saat 16-00-da CNN kanalına müsahibə verən Yeltsin Qorbaçov haqqında aşağıdakı fikirləri bildirib: “Bu gün Mixail Sergeyeviç üçün çox ağır gündür. Mənim ona şəxsi hörmətim olduğu üçün, keçmiş baş katibin buraxdığı səhvlər haqqında danışmaq istəmirəm...”

Saat 18:50-də foto-video kameraları qarşısında Qorbaçov istefası ilə bağlı sənədlərə imza atıb.

Saat 19:00-da artıq eks-prezident statusunda olan Qorbaçov mərkəzi televiziya ilə istefası ilə bağlı xalqa müraciət edib.

Televiziya müraciətindən sonra o, “nüvə çamadanı”nın Rusiya prezidentinə təhvil verilməsi mərasimini gözləyib. Yeltsin növbəti dəfə onu aşağılayaraq bu mərasimdə özü iştirak etməyib. Çamadanı Qorbaçovdan müdafiə naziri Yevgeni Şapoşnikov təhvil alıb.

Saat 19:38-də Kreml üzərindəki SSRİ-nin bayrağı endirilib və Rusiyanın bayrağı qaldırılıb. Bu tarixi an o qədər sakit keçib ki, hətta Qırmızı meydanda gəzişənlər də hiss etməyiblər. Həmin anın canlı şahidi olan yazıçı Aleksandr Genis sonralar bu haqda yazıb:

“Adətən dünya dövlətlərində bayraqların dəyişdirilməsi zamanı xüsusi mərasim təşkil olunur. Bayrağın dalğalanacağı yer işıqlandırılır. Bu haqda ictimaiyyətə məlumat verilir. İnqilabla, səs-küylə yaradılan SSRİ-nin bayrağı o qədər sakit şəkildə endirildi ki, bunu heç kim hiss etmədi. Mən həmin dəqiqələrdə Qırmızı meydanda idim. Ətrafda olan insanlar yüz metrlikdə olan tarixi anı seyr etmək imkanında olduqları halda, bu şansı əldən verirdilər. Bu hadisə çox sönük bir tədbiri, kimsəsiz bir mərasimi, sahibsiz bir işi xatırladırdı...”

Bayraqlar dəyişdirildikdən sonra isə Kremldə Qorbaçovu yolasalma mərasimi keçirilib. Bu mərasim isə böyük bir dövlətin prezidentinin yolasalma mərasimindən daha çox, dörd-beş nəfərin yığışıb adi bir kafedə yüz-yüz vurmaq tədbirinə bənzəyib. Belə ki, mərasimdə Qorbaçovdan başqa cəmisi dörd nəfər iştirak edib, prezident köməkçisi Aleksandr Yakovlev, Ümumittifaq Tele-radio verlişləri komitəsinin sədri Yeqor Yakovlev, Qorbaçovun köməkçisi Anatoli Çernyayev və mətbuat katibi Andrey Qraçov. Bununla da, bir şüşə konyakdan sonra, el dilində desək, Mixail Qorbaçov Kremldən çox urvatsız şəkildə yola salınıb.

Qorbaçovla Yeltsinin dekabrın 23-də keçirilən 10 saatlıq görüşündə Yeltsinin təkidi ilə Qorbaçov 6 ay ərzində Rusiya haqqında heç bir mənfi fikir söyləməyəcəyi öhdəliyini götürüb. Bunun müqabilində Qorbaçova eks-prezident kimi mənzil, bağ, avtomobil, azsaylı xidməti personal, və “Qorbaçov fondu” üçün ofis verilib. Prezidentliyi dövründəki bağ evi və mənzil isə ondan alınıb. Hətta əşyaların daşınması üçün eks-prezidentə yük maşınları da göndərilməyib. Köməkçisi sonralar yazdığı xatirələrində qeyd edib ki, Qorbaçov yükdaşıma xidmətləri ilə telefon əlaqələri yaradanda çox miskin görünürdü.

26 dekabr 1991-cı ildə isə SSRİ Ali Soveti Müstəqil Dövlətlər Birliyinin yaradılması ilə əlaqədar SSRİ-nin mövcudluğuna xitam verilməsi barədə bəyannamə qəbul edib.

İlham Cəmiloğlu( Musavat.com)


Etiket:

Digər xəbərlər

DİN-dən karantin postlarının ləğvi ilə bağlı açıqlama

DİN-dən karantin postlarının ləğvi ilə bağlı açıqlama

16.01.2021
Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi

Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi

16.01.2021
“Azərlotereya”nın idarəetməsi Türkiyə şirkətinə verilir (SƏRƏNCAM)

“Azərlotereya”nın idarəetməsi Türkiyə şirkətinə verilir (SƏRƏNCAM)

16.01.2021
Azərbaycanda koronavirusa yoluxma yenidən artdı
 

Azərbaycanda koronavirusa yoluxma yenidən artdı  

16.01.2021
Kəlbəcərdə qəbiristanlıqda 27 ildən sonra azan səsləndirildi (VİDEO)

Kəlbəcərdə qəbiristanlıqda 27 ildən sonra azan səsləndirildi (VİDEO)

16.01.2021
İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

16.01.2021
İcra başçısı müavinini vəzifədən azad etdi

İcra başçısı müavinini vəzifədən azad etdi

17.01.2021
Mərkəzi Bankın 450 milyonluq binası ilə bağlı yeni iddia: Tikilməyəcək

Mərkəzi Bankın 450 milyonluq binası ilə bağlı yeni iddia: Tikilməyəcək

17.01.2021
Alimlərdən koronavirusla bağlı xəbərdarlıq: Marta qədər...

Alimlərdən koronavirusla bağlı xəbərdarlıq: Marta qədər...

17.01.2021
DİQQƏT! Onlayn ödənişlər zamanı kart məlumatları ələ keçirilə bilər (XƏBƏRDARLIQ)

DİQQƏT! Onlayn ödənişlər zamanı kart məlumatları ələ keçirilə bilər (XƏBƏRDARLIQ)

17.01.2021
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
DİN-dən karantin postlarının ləğvi ilə bağlı açıqlama

DİN-dən karantin postlarının ləğvi ilə bağlı açıqlama

16.01.2021
Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi

Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi

16.01.2021
“Azərlotereya”nın idarəetməsi Türkiyə şirkətinə verilir (SƏRƏNCAM)

“Azərlotereya”nın idarəetməsi Türkiyə şirkətinə verilir (SƏRƏNCAM)

16.01.2021
Nazirlikdə kadr dəyişikliyi

Nazirlikdə kadr dəyişikliyi

12.01.2021
Azərbaycanda karantin qadağaları ləğv edilə bilər - Bu tarixdə

Azərbaycanda karantin qadağaları ləğv edilə bilər - Bu tarixdə

12.01.2021
Prezident Əhməd İsmayılova vəzifə verdi (SƏRƏNCAM)

Prezident Əhməd İsmayılova vəzifə verdi (SƏRƏNCAM)

12.01.2021
Məşhur “qanuni oğru” məhkəmə zalından qaçdı

Məşhur “qanuni oğru” məhkəmə zalından qaçdı

20.12.2020
Atatürkün azərbaycanlı səfirə imzaladığı fotoşəkil - Məşhur cümlənin tarixi

Atatürkün azərbaycanlı səfirə imzaladığı fotoşəkil - Məşhur cümlənin tarixi

20.12.2020
Peyvənddən sonra dünyanı nə gözləyir? - Hindli astroloq 2021-ci ildən danışdı

Peyvənddən sonra dünyanı nə gözləyir? - Hindli astroloq 2021-ci ildən danışdı

20.12.2020
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az