Briqada generalının komandanlığı altında Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana yola düşüb.
MilliYol.Az xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.
Bildirilib ki, yanvar ayından etibarən türkiyəli hərbiçilər rusiyalı hərbiçilərlə bərabər Dağlıq Qarabağda atəşkəsə nəzarət məqsədilə yaradılan Birgə Monitorinq Mərkəzində xidmətə başlayacaqlar.
Xatırladaq ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılmasına dair memorandum Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında onlayn formatda keçirilən görüşdən sonra imzalanıb.
Digər xəbərlər
loading...