Koronavirusa qarşı Rusiya istehsalı olan "Sputnik V" peyvəndinin virusa qarşı yaratdığı immunitetin müddəti açıqlanıb.
Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, peyvəndin koronavirusa qarşı yaratdığı immunitetin müddəti iki ildən çox olacaq.
Bu barədə N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq "Rossiya 1" telekanalında yayımlanan "Təhlükəli virus. Birinci il" filmində məlumat verib.
O, qeyd edib ki, peyvənd iki ildən çox immunitet yaradacaq və cəmiyyəti virusdan qoruyacaq.
Gintburq "Vektor" Mərkəzində hazırlanmış ikinci Rus peyvəndinin altı ay ərzində immuniteti təmin edəcəyinə inanır.
"Laboratoriya heyvanları, o cümlədən alt primatlar üzərində aparılan tədqiqatlar etibarlı qorumanın peyvənddən sonra ən azı altı ay ərzində formalaşdığını sübut edir"- "Vektor" mərkəinin direktoru Rinat Maqsudov belə hesab edir.
Bir müddət əvvəl Rusiya Səhiyyə naziri Mixail Muraşko koronavirus peyvəndinin ölkə əhalisinin təqribən 60 faizini əhatə edəcəyini bildirmişdi.