Müharibənin qızğın vaxtında, Füzuli şəhəri uğrunda qızğın döyüşlərin getdiyi bir vaxtda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov oğluna Londonda ev alıb.
MilliYol.Az xəbər verir ki, bu barədə Avropda yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli məlumat yayıb. O bildirib ki, mənzil əmək şirkətləri tərəfindən qiymətləndirilib:
"Müharibənin qızğın vaxtı, doğulduğu Füzuli şəhəri uğrunda qızğın döyüşlərin getdiyi bir vaxtda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov Londonda yaşayan oğluna aşağda şəklini əlavə etdiyim binadan bahalı mənzil alıb. Əmlak şirkətləri tərəfindən hazırda 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində qiymətləndirilir.
Deyə bilərsiniz ki, Əhmədzadənin müavinində bu qədər pul hardandır? Əvvəla elə Əhmədzadə cənabları başda olmaqla ASC rəhbərliyinin əsas "qazanc" yeri idarələrdir. Təsəvvür edin, ASC-nin bütün idarələrinə hər ay 50 min manat vəsait xətti açılır, həmin vəsait Əhməd Əhmədzadənin müavinləri Rafiq Aslanov və Zakir Quliyevin faktiki ortaq olduqları şirkət vasitəsilə nağdlaşdırılır. Zakir Quliyevin qardaşı Elçin Quliyev vaxtilə Milli Məclisin deputatı olub. Onların karyerasında Prezident Administrasiyasının sabiq rəhbəri olan qohumu Ramiz Mehdiyevin xüsusi rolu olub. Zakir Quliyevin həyat yoldaşı Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin xalası qızıdır.
Rafiq Zeynalovun himayəsi altında olan "Hidro-Kaskad" MMC (rəsmi təsisçisi Zakir İsmayıl oğlu Aslanov) üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi yolu elə edilən maxinasiyaların miqyasını isə bircə lotluq faktla ifadə etsəm mənzərə aydın olacaq. Yola salmaqda olduğumuz 2020-ci ildə ASC ilə sözügedən şirkət arasında "Nasos aqreqatlarının və digərlərinin satınalınması" üçün nəzərdə tutulan tender müqaviləsi üzrə qiymətlər faktiki olaraq 500 min manat şişirdilməklə ümumi məbləğ 2.440.404 manat göstərilib. Halbuki təqdim etdiyim siyahıdakı nasosların alış qiyməti 1.667.130 manat təşkil edir.
Siyahıda təkcə SNS 105-392 el. 200kVt 3000d / d 380V markalı bir nasosun zavod dəyəri maksimum 45 min manat təşkil etdiyi halda tender müqaviləsində 79 min manata rəsmiləşdirilib. Nasos aqreqatlar əsasən Rusiyanın Voronej şəhərindəki "Elmaş-İnter" şirkətindən, eləcə də Ukraynanın "Sum" Maşınqayırma Zavodundan alınır.
Məsələn, Rusiyanın Oryolsk vilayətinin Livni şəhərindəki nasos zavodunun (LİVGİDROMAŞ) nasos və aqreqatlarının satış dileri olan "Elmaş-İnter" üzərindən alınan mallar ən baha qiymətə rəsmiləşdirilir.
Təkcə bir lot üzrə bu şirkətdən qiyməti maksimum 2680 manat alınan 250 ədəd ESV 120-60 (PLD 8122/4) (Q=120kbm / sant, H-60m) nasoslarının hər biri 3690 manat göstərilib.
Nəticədə Əhməd Əhmədzadənin, Rafiq Aslanovun və digərlərinin "zəhmətkeş" övladları İngiltərədə, Çexiyada, Türkiyədə çoxsaylı şirkətlər açır, Londonda bahalı mənzillər, avtomobillər alır, gözqamaşdıran həyat tərzi keçirirlər.
Yeri gəlmişkən, yaxın gələcəkdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin Azərsu ASC və FHN-nin nəzdindəki Su Ehtiyatları Dövlət Agentliyinin bir çətir altında birləşməsi gözlənilir. Həmin quruma iddialı şəxslərdən biri də Rafiq Aslanovdur. Deyilənə görə, onun namizədliyini dövlət başçısına Əhməd Əhmədzadə təqdim edib. Əldən ələ ötür oyunu!"