Təhsil Şöbəsinin müdiri Göyçay icra başçısı Mehdi Səlimzadənin qəzəbinə tuş gəldiyi deyilir.
İcra başçısı təmizləmə əməliyyatına start verdi: Rəşad Məmmədov da vəzifəsini itirir.
Səhiyyə naziri Oktay Şirəliyev ötən həftə Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalovu vəzifəsindən çıxartdı. Ölkə mətbuatında mütəmadi olaraq Göyçay xəstəxanaları ilə bağlı çoxlu sayda acınacaqlı məlumatlar verilirdi. Məhz bu amili nəzərə alsaq, Famil Zeynalovun nazir təərfindən haqlı yerə cəzalandırıldığını deyə bilərik. Göyçay səhiyyəsini bərbad günə qoyan Famil Zeynalovun arxasınca rayon təhsil şöbəsinin müdiri Rəşad Məmmədovunda vəzifəsi ilə vidalaşacağı barədə söz söhbətlər gəzir.
AzToday.az-a Göyçaydan daxil məlumata görə, rayon icra başçısı Mehdiz Səlimzadə Rəşad Məmmədovun çıxartdığı hoqqalardan və onun haqqında edilən çoxsaylı şikayətlərdən artıq hiddətlənib.
Məlumatda iddia olunur ki, icra başçısı yaxınlarda Rəşad Məmmədovu yanına çağıraraq işində verdiyi ciddi noqsanları 1 ay müddətində aradan qaldırmayacağı təqdirdə vəzifəsindən çıxarılacağını deyib. Mehdi Səlimzadənin barmaq silkələməsindən sonra əndişəyə düşən Rəşad Məmmədov nə edəcəyini bilmir.
Ancaq təhsil şöbəsi müdirinin canına vəlvələ salan əsas məsələ isə keçən həftə Famil Cəfərovun məhz Mehdi Səlimzadənin razılığı ilə çıxarılması olub. Yəni Göyçay icra başçısı Mərkəzi xəstəxananın baş həkim ilə bağlı nazir Oktay Şirəliyevə məktub yazaraq işində verdiyi çoxsaylı nöqsanlara görə Famil Zeynalovun vəzifəsindən azad olunmasını istəyib. Səhiyyə naziri isə uzunmüddətdən bəri haqqında çoxlu sayda məlumatlar yayılan baş həkimi vəzifəsindən çıxardıb. Rəşad Məmmədov baş həkimin qələminin icra başçısı tərəfindən qıırlmasını eşitdikdən sonra artıq heç cürə özünə gələ bilmir. Çünki Mehdi müəllim açıq şəkildə ona etirazını bilirərək deyib ki, "işləyə bilmirsənsə işləmə, sənin haqqında çoxlu syda şikayətlər" gəlir. Ya verdiyin nöqsanları aradan qaıdır yada vəziəsndən gedəcəksən".
AzFakt.com xəbər verir ki, AzToday.az-a daxil olan məlumata görə, Rəşad Məmmədov bütün gücü ilə narazı müəllimlərlə görüş keçirərək onların yuxarı dairələrə şikayətlərindən imtina etməyə çalışır. Şöbə müdiri qısa müddətdə bütün problemli məsələləri yoluna qoyacağı ilə bağlı hər kəsə "söz verir". Digər məsələ isə artırılmış dərs saatlarına görə təhsil naziri Mikayıl Cabbarova edilən çoxsylı müraciətlərdir ki, bu məsələdə də Rəşad Məmmədovun vəziyyəti çətindir. Bildirilir ki, dövlətin vəsaitini saxta dərs saatları adı altında mənimsəyən Göyçay Təhsil şöbəsinin müdiri ciddi şəkildə qorxuya düşüb. Çünki rayon məktəblərində hər hansı bir ciddi yoxlama aparılarsa o zaman Rəşad Məmmədov təkcə vəzifəsiilə deyil, kreslodan birbaşa dəmir barmaqlılar arasına getməli olacaq.
Göyçay müəllimlərinin redaksiyamıza təqdim etdiyi məlumatları və faktları araşdırmaqda davam edirik.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...