Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov brifinq keçirib.
MilliYol.Az “İnterfaks”a istinadən xəbər verir ki, general-leytenant Hadrutdakı vəziyyətlə bağlı danışıb:
"Hadrut qəsəbəsi ətrafındakı vəziyyət sabitləşib. Dekabrın 11-də atəşkəsin pozulması halı baş verib və Rusiya sülhməramlı kontingentinin addımları ilə bu halın qarşısı alınıb".
Rüstəm Muradovun sözlərinə görə, indi durum sakitdir, Rusiya sülhməramlıları vəziyyətə daimi monitorinq həyata keçirir, həmçinin Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə əlaqədədirlər.
Qeyd edək ki, son günlərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəlik ərazidə qalan erməni silahlı birləşmələrin terror-təxribat və diversiya əməllərinə qarşı antiterror əməliyyatı keçirir.