2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.
MilliYol.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil olunun püşkatmada UEFA üzvü olan 55 ölkənin yığmaları beşində 6, beşində 5 komanda olmaqla 10 qrupa bölünüb.
Azərbaycan millisi A qrupuna düşüb. Komandamız bu qrupda Kriştianu Ronaldunun kapitanı olduğu Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq.
Qardaş Türkiyə millisi Niderland, Norveç, Monteneqro, Latviya və Cəbəllütariqlə G qrupunda yer alıb.
A qrupu
Portuqaliya
Serbiya
İrlandiya
Lüksemburq
Azərbaycan
B qrupu
İspaniya
İsveç
Yunanıstan
Gürcüstan
Kosovo
C qrupu
İtaliya
İsveçrə
Şimali İrlandiya
Bolqarıstan
Litva
D qrupu
Fransa
Ukrayna
Finlandiya
Bosniya və Herseqovina
Qazaxıstan
E qrupu
Belçika
Uels
Çexiya
Belarus
Estoniya
F qrupu
Danimarka
Avstriya
Şotlandiya
İsrail
Farer adaları
Moldova
G qrupu
Niderland
Türkiyə
Norveç
Monteneqro
Latviya
Cəbəllütariq
H qrupu
Xorvatiya
Slovakiya
Rusiya
Sloveniya
Kipr
Malta
I qrupu
İngiltərə
Polşa
Macarıstan
Albaniya
Andorra
San Marino
J qrupu
Almaniya
Rumıniya
İslandiya
Şimali Makedoniya
Ermənistan
Lixtenşteyn
Qeyd edək ki, qrup qalibi olan 10 yığma DÇ-2022-yə birbaşa vəsiqə qazanacaq, ikinci yerin sahibləri isə pley-offda iştirak edəcəklər. Komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart - noyabr aylarında keçiriləcək.
Qruplarını lider kimi tamamlayan 10 komanda DÇ-2022-yə birbaşa qatılacaq. Qrup ikinciləri olan 10 yığma ilə UEFA Millətlər Liqasından gələcək iki milli komanda isə pley-off matçlarına çıxaraq dünya çempionatına vəsiqə üçün mübarizə aparacaq.
Bir matçlıq sistemlə oynanılacaq 12 komandalı pley-off matçlarının ardından dünya çempionatına qatılacaq digər 3 ölkə də bəlli olacaq.