Artıq ləğv edilmiş Xəzər Dəniz Gəmiçilik İdarəsinin (XDGİ) rəisi olmuş Aydın Bəşirovun oğlu İlqar Bəşirova məxsus olan və gəmi təmiri ilə məşğul olan şirkət “batmaq” üzrədir.
Buna səbəb həmin şirkətin son vaxtlar yüksək məbləğli sifarişlər ala bilməməsidir. Bundan başqa, şirkətin sifarişlərinin sayında da kəskin azalma var. Bu barədə Qaynarinfo.az-a Bəşirovlara yaxın mənbədən bildirilib.
Mənbə deyib ki, İlqar Bəşirovun şirkətinin çətin vəziyyətə düşməsinin səbəbi anlaşılandır. “Onun atası XDGI-nin rəisi vəzifəsində işləyərkən adıçəkilən idarə gəmi təmiri sifarişlərini İlqar Bəşirovun şirkətlərinə veirimiş. Aydın Bəşirov vəzifəsindən azad edildikdən sonra Azərbaycan KİV-ləri yazırdı ki, yararsız vəziyyətdə olan 30 tankerin təmiri məhz o vaxtki “gəmiçilik şefi”nin oğluna sifariş olunubmuş. Amma atasının qəfil görəvdən alınması İlqar Bəşirovu külli miqdarda qazancdan edib. Belə ki, yeni gəmiçilik rəisi onların onların doğranıb metalloma təhvil verilməsi barədə göstəriş verib”.
Xatırladaq ki, A.Bəşirov 1994-cü ilin avqustunda XDGİ rəisi təyin edilib. O, bu vəzifəni 20 il ərzində tutub. Bu müddətdə XDGİ ölkənin ən korrupsiyalaşmış qurumu kimi ad çıxarıb. Onun oğlu İlqar Bəşirov isə müxtəlif biznes sahələri qurub. Onun buna məhz atasının oliqarxlaşması sayəsində nail olduğu şübhəsizdir.
Amma görünən budur ki, Bəşirovun sabiq məmura çevrilməsi oğlunun da biznesinin çətin günlər yaşamağa başlamasını şərtləndirib. Yada salaq ki, 2013-cü ilin oktyabrında XDGİ-nin bazasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb və A.Bəşirov postsuz qalıb.
"Milli Yol"
Digər xəbərlər
loading...