Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalında fəal iştirak etmiş, dinc azərbycanlıların qətlinə başçılıq etmiş Ermənistan generalı Astvasatur Petrosyan 67 yaşında ölüb.
MilliYol.Az Report-a istinadən xəbər verir ki, bunu onun oğlu Sipan Petrosyan feysbuk səhifəsində yazıb.
A.Petrosyan 1990-cı illərin əvvəllərində "İntiharçı-qartallar birliyi” adlı ictimai təşkilat yaradaraq Azərbaycan torpaqlarının işğalında iştirak edib.
O, 1992-2000-ci illərdə Ermənistan müdafiə nazirinin müavini vəzifəsini tutub. 1996-cı ildə general-mayor rütbəsi alıb.
Sonralar isə fövqəladə hallar nazirinin müavini olub.
Digər xəbərlər
loading...