Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə yeni təyinat olub.
"Report" xəbər verir ki, onunla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, İradə Mahmudova icra başçısının I müavini təyin edilib.
İ.Mahmudova bu təyinata qədər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində çalışırdı.
Qeyd edək ki, bundan əvvəl icra başçısının I müavini vəzifəsini Şahmar İbadov tuturdu.
Digər xəbərlər
loading...