• Xəbər lentİ
Fləş

Şəhidin vida mərasimində nənəsi ürəktutmadan öldü (FOTOLAR)

15:59 / 22.01.2021

Son sutkada Azərbaycanda neçə nəfər koronavirusa yoluxub?

18:33 / 22.01.2021

Ramiz Mehdiyev akademiki işdən çıxardı

16:53 / 22.01.2021

XİN-dən Avropa Parlamentinin qətnaməsinə reaksiya

16:15 / 22.01.2021

Şəhidin vida mərasimində nənəsi ürəktutmadan öldü (FOTOLAR)

15:59 / 22.01.2021

Kəmaləddin Heydərov “TIR”larla ölkədən 28 milyard pul çıxarıb - ŞOK İDDİA

15:23 / 22.01.2021

Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı (FƏRMAN)

14:01 / 22.01.2021

Ali məktəblərin açılması barədə qərar veriləcək

12:16 / 22.01.2021

Təhsil naziri açıqladı: Şagirdlər həftədə neçə gün məktəbə gedəcək?

12:12 / 22.01.2021

Baş nazir qərar verdi: Təhsil müəssisələrində tədris bərpa olunur

12:05 / 22.01.2021

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşdü

11:56 / 22.01.2021

Qanunda plyonka ilə bağlı dəyişiklik edilir - Bu halda qadağan ediləcək

11:55 / 22.01.2021

DSMF-nin işdən çıxarılmış əməkdaşlarına və poçt şöbəsinin müdirinə cinayət işi açıldı

11:13 / 22.01.2021

Koronavirusdan ölən vəzifəli şəxsin yerinə təyinat

10:27 / 22.01.2021

Şəmkirdə jurnalisti şantaja görə öldürən şəxs tutuldu

10:06 / 22.01.2021

Bakıda yol qəzaları ən çox bu küçələrdə baş verir

10:03 / 22.01.2021

Qarabağ qazisinin dili açıldı (VİDEO)

16:12 / 21.01.2021

Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət etdi

12:10 / 20.01.2021

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

12:05 / 20.01.2021

Nazir rəisi təqaüdə göndərdi

11:57 / 20.01.2021

Vaksin vurduran nazir müavini səhhəti barədə açıqlama verdi

10:21 / 20.01.2021

Təhsil Nazirliyindən karantin dövründə məktəblərlə bağlı açıqlama

09:59 / 20.01.2021

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi  

09:23 / 20.01.2021

XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı

09:11 / 20.01.2021

20 Yanvar faciəsindən 31 il ötür 

09:08 / 20.01.2021

Sabiq icra başçısı vəfat etdi

17:27 / 19.01.2021

İlham Əliyev: “Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib”

16:18 / 19.01.2021

Azərbaycanda yoluxma və sağalanların sayı yenidən kəskin artdı

15:46 / 19.01.2021

İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq

14:19 / 19.01.2021

Azərbaycanda yeni “Zəfər” qızıl-mis yatağı kəşf edildi

14:01 / 19.01.2021

Sabiq icra başçısının vəziyyəti ağırlaşdı

13:41 / 19.01.2021
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 22 Yanvar 2021
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

44 günlük savaşın açdığı “Türk qapısı": "Naxçıvan dəhlizi" regionda sülh və sabitliyə açar olacaq

13:09 22.11.2020 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Professor Kürşad ZORLU
“Habertürk”, Türkiyə, 20 noyabr 2020-ci il

Qarabağda baş verən hadisələrdən sonra Türkiyə və türk dünyası arasındakı münasibətlər, Xəzər mərkəzli əməkdaşlıq imkanları haqqında çox danışılır, yazılır. Təvazökarlıqdan kənara çıxsa da, deməliyəm ki, ömrünün önəmli bir qismini bu əməkdaşlığa həsr edən biri olaraq bundan xoşbəxtlik duyuram. Lakin məsələlərin doğru bir zəmində və romantikadan uzaq bir çərçivədə tədqiq olunması artan maneələri aşa bilmək üçün önəmlidir.

Bu çərçivədə, Qarabağla bağlı əldə edilən anlaşmanın ən kritik başlıqlarından biri də 9-cu maddədə yer alan Azərbaycandan Naxçıvana bir nəqliyyat dəhlizinin açılacağının təsbit edilməsidir. Bunun nə qədər önəmli olduğu, eyni zamanda nə qədər risklər daşıdığı haqqında ard-arda yazılar yazacam, fikirlərimi paylaşacam.

Öncəliklə Naxçıvanın necə bir yer olması və nə üçün bu qədər önəmli olması haqqında fikirlərimi bildirmək istəyirəm.

Azərbaycana bağlı bir muxtar respublika olan Naxçıvan Cənubi Qafqazda Türkiyə, Ermənistan və İranın kəsişmə nöqtəsində yer alır.

Naxçıvanın bugünkü sərhədlərini müəyyən edən Türkmənçay (1828), Moskva (1920) və Kars (1921) müqavilələri bir proses olaraq araşdırılarsa, bu yerin böyük mübahisə və mübarizələrə səhnə olduğu anlaşılar. Atatürkün, mahiyyətcə, “Bura “Türk qapısı”dır, bura sahib çıxmalıyıq” şəklindəki baxışı, əslində, 100 il öncəsinin bu gün əks olunmasıdır.

Əgər 1921-ci ilin o çətin və böhranlı günlərində Türkiyə heyəti dirənməsəydi, Naxçıvanın idarəçiliyi Ermənistana veriləcəkdi. Çünki çar Rusiyası dövründən etibarən Türkiyə-Azərbaycan xəttinin nəzarət altında saxlanılmasına həyati məsələ kimi baxılırdı.

İranın da bu həssasiyyətə sahib olduğu aydındır.

Naxçıvan bugünkü mövcud şərtlərdə bir qapı olmaqdan əlavə, sülh və sabitlik üçün bir açar kimi görünməkdədir. Belə bir baxış “Türk qapısı”nın yaranması ehtimalına qarşı, sıra ilə Zəngəzur, Naxçıvan və Qarabağ həmlələrini meydana çıxarmış və onlar geostrateji baxımdan bir-birindən ayrılması çətin olan bir bütün halını almışdır.

Bu önəminə görə ermənilər Naxçıvanla bağlı da torpaq iddiası irəli sürmüşlər və etik olmayan, saxta qaynaqlarla, eynilə Qarabağda olduğu kimi, burada da öz müqəddəratını təyin etmə haqqını təmin edəcək bir demoqrafik dəyişiklik hədəfləmişlər. Hətta 1921-ci ilin əvvəllərində Naxçıvanda referendum keçirilmiş və xalqın 90%-dən çoxu Azərbaycanın idarəçiliyində qalmağın lehinə səs vermişdir.

Naxçıvanın fiziki olaraq Azərbaycanın digər bölgələrilə əlaqəsini itirməsinə səbəb olan və onu coğrafi olaraq məhdudlaşdıran başqa bir hadisə də “Zəngəzur dəhlizi”nin bir oldu-bitdi ilə Ermənistana verilməsidir. Bu gün Zəngəzur Ermənistan ərazisindədir. Halbuki Naxçıvanın yüksək təpələrindən qarşıdakı Qarabağda yer alan və işğaldan azad edilən Zəngilan sərhəddini görmək olur.

Aydın olur ki, Naxçıvan Muxtar Respublikası öz tarixi kimliyi, strateji mövqeyi və demoqrafiyası ilə məhdud ərazisindən çox böyük olan bir potensiala sahibdir.

Görünən odur ki, son dövrdə Azərbaycanın hərbi sahədə əldə etdiyi irəliləyişə paralel olaraq, onlar da öz imkanlarını inkişaf etdirmişlər.

Mənə məlum olan və ilk dəfə burada açıqladığım rəqəmə görə, Qarabağın azadlığı uğrunda aparılan mübarizədə, son savaşda 5 istiqamətdə Naxçıvanın təqribən 800 xüsusi təyinatlısı iştirak etmişdir.

Bununla birlikdə, sahəsinə görə Azərbaycanın 6,3%-ini təşkil edən Naxçıvanın çox ciddi bir istehsal gücü vardır. Kəndlərdən şəhərlərə köçü əngəlləmək üçün hazırlanan layihələrin həyata keçirilməsi sürətləndirilibdir. Beləliklə, 480 min əhalisi olan Naxçıvan əkinçilik və heyvandarlıq sahəsində gözlənilən həcmdən daha çoxuna nail ola bilər.

Əgər lazım olan işlər görülərsə və dəstəklər ortaya qoyularsa, burada qastronomiya turizmini sürətlə inkişaf etdirmək mümkündür. Heyvandarlıq sahəsində ciddi imkan və qabiliyyətə sahib olan Naxçıvanda əkinçilik məhsullarının tamamına yaxını öz torpaqlarında istehsal olunur.

Şuşa zəfərindən həmən öncə görüşdüyümüz Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov “Kənardan tək bir çöp belə gəlməsə, 1 il ərzində özümüzə yetəcək qədər ərzağı hazır etdik” demişdi. Sədr görüşümüzdə bir müjdəni də vermişdi: “Türkiyə ilə Naxçıvan arasındakı gömrük qapısı yenilənib və daha müasir hala gətirilib”.

Bura Bolqarıstanla Türkiyə arasındakı mövcud qapı nümunə götürülərək, yenilənibdir. Açılışını Türkiyə və Azərbaycan prezidentləri edəcəkmiş, ancaq koronavirus infeksiyası səbəbilə təxirə salınıb. Məncə, bu açılışı önümüzdəki günlərdə görəcəyik.

Naxçıvan, eyni zamanda Azərbaycanla Türkiyə arasındakı əlaqələrin qovşaq nöqtəsidir. 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdə Naxçıvanın rəhbəri Heydər Əliyev idi. Əliyev Naxçıvanın yeganə çıxış nöqtəsi olaraq Türkiyəni görürdü. 1992-ci ildə “Naxçıvan qapısı”nın və ya “Həsrət körpüsü”nün açılması ilə əlaqələr inkişaf etməyə başladı. Erməni tərəfinin körpünü havaya uçurmaq üçün hazırlıq görməsi belə, ictimaiyyətə bəlli olmuşdu. Açılışda iştirak edən dövrün Baş naziri Süleyman Dəmirəl “Burada cərəyan edən hadisə sadəcə bir körpü açılışı deyildir. 70 il ərzində bir-birindən ayrı qalmış insanların vüsala çatmasıdır” deyərkən, Heydər Əliyev də “Bu gün böyük bir bayramdır, yetmiş illik kor düyün çözülmüş, dəmir pərdələr parçalanmışdır. Bizi artıq bir-birimizdən bir tək Allah ayıra bilər” demişdir.

Tərcümə Strateq.az-ındır


Etiket:

Digər xəbərlər

Koronavirusdan ölən vəzifəli şəxsin yerinə təyinat

Koronavirusdan ölən vəzifəli şəxsin yerinə təyinat

22.01.2021
Kəmaləddin Heydərov “TIR”larla ölkədən 28 milyard pul çıxarıb - ŞOK İDDİA

Kəmaləddin Heydərov “TIR”larla ölkədən 28 milyard pul çıxarıb - ŞOK İDDİA

22.01.2021
DSMF-nin işdən çıxarılmış əməkdaşlarına və poçt şöbəsinin müdirinə cinayət işi açıldı

DSMF-nin işdən çıxarılmış əməkdaşlarına və poçt şöbəsinin müdirinə cinayət işi açıldı

22.01.2021
Qanunda plyonka ilə bağlı dəyişiklik edilir - Bu halda qadağan ediləcək

Qanunda plyonka ilə bağlı dəyişiklik edilir - Bu halda qadağan ediləcək

22.01.2021
Baş nazir qərar verdi: Təhsil müəssisələrində tədris bərpa olunur

Baş nazir qərar verdi: Təhsil müəssisələrində tədris bərpa olunur

22.01.2021
Təhsil naziri açıqladı: Şagirdlər həftədə neçə gün məktəbə gedəcək?

Təhsil naziri açıqladı: Şagirdlər həftədə neçə gün məktəbə gedəcək?

22.01.2021
Ramiz Mehdiyev akademiki işdən çıxardı

Ramiz Mehdiyev akademiki işdən çıxardı

22.01.2021
Şəmkirdə jurnalisti şantaja görə öldürən şəxs tutuldu

Şəmkirdə jurnalisti şantaja görə öldürən şəxs tutuldu

22.01.2021
Bakıda yol qəzaları ən çox bu küçələrdə baş verir

Bakıda yol qəzaları ən çox bu küçələrdə baş verir

22.01.2021
Ali məktəblərin açılması barədə qərar veriləcək

Ali məktəblərin açılması barədə qərar veriləcək

22.01.2021
XİN-dən Avropa Parlamentinin qətnaməsinə reaksiya

XİN-dən Avropa Parlamentinin qətnaməsinə reaksiya

22.01.2021
Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı (FƏRMAN)

Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı (FƏRMAN)

22.01.2021
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Koronavirusdan ölən vəzifəli şəxsin yerinə təyinat

Koronavirusdan ölən vəzifəli şəxsin yerinə təyinat

22.01.2021
Kəmaləddin Heydərov “TIR”larla ölkədən 28 milyard pul çıxarıb - ŞOK İDDİA

Kəmaləddin Heydərov “TIR”larla ölkədən 28 milyard pul çıxarıb - ŞOK İDDİA

22.01.2021
DSMF-nin işdən çıxarılmış əməkdaşlarına və poçt şöbəsinin müdirinə cinayət işi açıldı

DSMF-nin işdən çıxarılmış əməkdaşlarına və poçt şöbəsinin müdirinə cinayət işi açıldı

22.01.2021
Azərbaycanda pensiyalar artırılır (RƏSMİ)

Azərbaycanda pensiyalar artırılır (RƏSMİ)

18.01.2021
Co Bayden daha bir erməniyə vəzifə verir

Co Bayden daha bir erməniyə vəzifə verir

18.01.2021
İcra başçısı müavinini vəzifədən azad etdi

İcra başçısı müavinini vəzifədən azad etdi

17.01.2021
Azərbaycanda yeni telekanal yaradılacaq

Azərbaycanda yeni telekanal yaradılacaq

25.12.2020
Azərbaycanda yüksək vəzifəyə təyinat

Azərbaycanda yüksək vəzifəyə təyinat

24.12.2020
SSRİ-nin miskin və sönük son günü – Qorbaçovun Kremldən urvatsız yola salınması 

SSRİ-nin miskin və sönük son günü – Qorbaçovun Kremldən urvatsız yola salınması 

27.12.2020
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az