8 yaşlı məktəblinin əsgərlərə yazdığı məktub cavabsız qalmayıb. Bir müddət sonra hərbçilər onlara məktubun cavabı ilə yanaşı, ailəsinin didərgin düşdüyü Qubadlıdan torpaq da göndəriblər. Bu hədiyyə 8 yaşlı uşağın ailəsinin hədsiz sevincinə səbəb olub.
MilliYol.Az Xəzər TV-yə istinadla xəbər verir ki, əsgərlərə yazdığı məktubun cavabında Qubadlı toprağı göndərdilər.
Sumqayıtda yaşayan 8 yaşlı Əli Əhmədli vətənpərvərlik ruhunda böyüdülüb. Döyüşlərin getdiyi bir vaxtda da əsgərlərimizə məktub yazıb. O, məktubunda torpaqlarımızın işğaldan azad edilməsindəki şücaətlərinə görə hərbçilərimizə təşəkkür edib.
Əlinin məktubu tez bir zamanda cavablandırılıb. Hərbiçilər ona Qubadlıdan torpaq göndəriblər.
Əli Əhmədlinin ailəsi Qubadlıdan olan məcburi köçkündür. Ailə üzvləri doğma yurdlarından göndərilən torpağın onlar üçün əvəzsiz hədiyyə olduğunu deyiblər. Öz dədə-baba yurdlarına qayıdacaqları günü də səbrsizliklə gözlədiklərini bildiriblər.
Azyaşlı Əli isə Qubadlını heç vaxt görməsə də, tezliklə oraya getmək istədiyini bildirib.