Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1622 yeni yoluxma faktı qeydə alınıb, 979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 70216 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 51986 nəfər müalicə olunaraq sağalıb, 905 nəfər vəfat edib, aktiv xəstə sayı 17325 nəfərdir.
Ölkədə son sutka ərzində 11796, hazırkı dövrədək isə 1479638 test aparılıb.
Qeyd edək ki, ötən gün ötən gün koronavirus infeksiyasına 1202 yeni yoluxma faktı qeydə alınmış, 998 nəfər müalicə olunaraq sağalmış, 18 nəfər vəfat etmişdi.