“Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz”.
MilliYol.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
“Elə qüvvə yoxdur dünyada ki, bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini qəbul edib. Ermənistan torpaqlarımızı sülh yolu iləmi işğal edib? Mən bu məsələdə də sözümdə durdum. Biz artıq qələbəni qeyd edirik. İndiyə qədər 200-dən çox şəhər və qəsəbə işğaldan azad edilib. Bizim zəfər yürüşümüz davam edir. Hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, biz axıra qədər gedəcəyik. Ermənistan rəhbərliyi özünü alçalda-alçalda hərbi yardım istəyir. Bəs hanı sənin ordun? Yenilməz ordu Azərbaycan ordusudur!”-, deyə dövlət başçısı qeyd edib.