Döyüş meydanında Azərbaycan Ordusuna məğlub olan Ermənistan düşdüyü acınacaqlı vəziyyətdən çıxış yolu olaraq terror aktları törətməyə başlayıb.
MilliYol.Az xəbər verir ki, ermənilər artıq bir neçə xarici ölkədə Azərbaycana qarşı terror və təxribat törədiblər.
Bu gecə yerli vaxtla saat 02:30-da iki naməlum kişi Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücum edib. Onlar səsboğucu tapançadan 6 atəş açıblar. Güllələrdən 3-ü giriş qapısına, 3-ü isə pəncərəyə dəyib. Hadisə konsulluğun nəzarət kameraları tərəfindən qeydə alınıb.
Olay yerinə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb. İstisna deyil ki, konsulluğa hücuma səbəb son günlər Azərbaycan Ordusunun Qarabağdakı əks hücum əməliyyatları və nəticədə uzun illər işğalda olan torpaqların azad edilməsidir.
Azərbaycanın Xarkovdakı fəxri konsulluğu bu gecə konsulluq binasının atəşə məruz qalması ilə bağlı məlumat yayıb.
Bildirilib ki,, bu gecə saat 2.30 dəqiqədə Konsulluğun Yaroslavl Mudrı 7 ünvanında yerləşən binası atəşə məruz qalıb: "Konsulluq binasına 6 atəş açılıb. Nəticədə pəncərələr və qapı qırılıb. Gecə ofisdə heç kim olmadığı üçün xəsarət alan olmayıb. Konsulluğun nəzarət kameraları əllərində səsboğucu tapançaya bənzəyən silahları olan iki gənci qeydə alıb”.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Xarkov şəhərinin Kiyevski mikrorayonunun polisləri hadisə ilə bağlı araşdırma aparır.