Azərbaycan Premyer Liqasında IX turun bu gün keçirilməsi nəzərdə tutulan "Sabah" - "Zirə" matçı təxirə salınıb.
Bu barədə MilliYol.az-a Masazır təmsilçisinin Mətbuat xidmətindən məlumat verilib.
Peşəkar Futbol Liqasından verilən məlumata görə, “Sabah” – “Zirə” oyunu bəzi futbolçular yenidən COVİD-19 testindən keçəcəyi üçün bu gün baş tutmayacaq. Oyunun tarixi ilə bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək.
PFL-in Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev "Rrport"a bildirib ki, "Zirə" ilə ev oyunu öncəsi "Sabah"ın klubunun bəzi futbolçularında koronavirus şübhəsi təsbit edilib. PFL rəsmisi futbolçuların adlarını açıqlamayıb.
Qeyd edək ki, görüş saat 16:00-da start götürməli idi.