Azərbaycanda bu gün koronavirus infeksiyasına 1364 yeni yoluxma faktı qeydə alınıb, 768 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
MilliYol.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 14 nəfər COVID-19-dan vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 60873 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 46465 nəfər müalicə olunaraq sağalıb, 794 nəfər vəfat edib, aktiv xəstə sayı 13614 nəfərdir.
Ölkədə son sutka ərzində 13290, hazırkı dövrədək isə 1404543 test aparılıb.
Digər xəbərlər
loading...