Cənubi Koreyanın paytaxtı Seulda 10 minlərlə insan hökumət əleyhinə ayağa qalxmağa hazırlaşır.
İrimiqyaslı aksiyada 1,5 mindən çox ictimai təşkilatın nümayəndələri prezident Pak Kın Xenin istefası tələbi ilə çıxış edəcəklər.
Qeyd edək ki, prezidentin yaxın rəfiqəsi Çoy Sun Silin də iştirakı ilə baş verən qalmaqaldan sonra onun istefası tələbi ilə çıxışlar artmağa başlayıb.
Təşkilatçıların sözlərinə görə, aksiyada 1 milyona yaxın insanın iştirakı gözlənilir. Bu isə 21-ci əsrin əvvəlindən bəri baş verən ən irimiqyaslı aksiya olacaq. Təhlükəsizliyə nəzarət etmək üçün 25 min polis səfərbər olacaq.
Xatırladaq ki, prezident ətrafındakı qalmaqal Pak Kın Xenin ictimaiyyət qarşısında çıxışı üçün hazırlanan mətni əvvəlcədən rəfiqəsinə oxutdurması ilə başlayıb. Bundan sonra prezident hər kəsdən üzr istəməli olmuşdu.(qafqazinfo.az)
MilliYol.Az
Digər xəbərlər
loading...