Ermənistan silahlı qüvvələrinin 022 saylı xüsusi təyinatlı hərbi hissəsi Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində darmadağın edilib.
MilliYol.Az xəbər verir ki, hərbi hissənin şəxsi heyətinin ölənlər və yaralıları da daxil olmaqla, 70 faizinin sıradan çıxdığı bildirilir. Hərbi hissənin sağ qalan hərbi qulluqçuları digər alayların kəşfiyyat bölmələrinə təyin edilib.
Xüsusi təyinatlıların belə ağır itkilər verməsi Ermənistan ordusunda böyük ruh düşkünlüyünə və təşvişə səbəb olub.
Qeyd edək ki, bu xüsusi təyinatlı hərbi hissənin komandiri ölümündən sonra Ermənistanın milli qəhrəmanı ad verilən polkovnik Vaaqn Asatryandır. O, bir neçə gün əvvəl gedən döyüşlər zamanı məhv edilib.