Azərbaycanın “Eurovision-2014” mahnı müsabiqəsinin təmsilçisi Dilarə Kazımova ilə həyat yoldaşı arasında soyuq küləklər əsir.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Mərt Aslan adlı türkiyəli iş adamı ilə evlənin müğənni bir müddətdir ki, həyat yoldaşı ilə münasibətlərinə son qoyub.
D. Kazımovanın Mərt Aslanla heç vaxt bir görüntülənməməsi söz-söhbətlərin daha da artmasına səbəb olub.
Daxil olan məlumata görə, “Eurovision” təmsilçimizin həyat yoldaşı anidən vətəninə qayıdıb, bu barədə müğənniyə xəbər verməyib.
Dilarənin Mərt Aslanla tezliklə boşanacağı yayılan xəbərlər sırasındadır.
“Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün sənətçi ilə əlaqə saxlamağa çalışıb.
Müğənnin köməkçisi Dilarə Kazımovanın bu barədə danışmaq istəmədiyini söyləyib:
“Şəxsi həyatı barədə danışmaq, müzakirə etmək istəmir . Dilarə mayın 25-də təqdim olunacaq yeni mahnısı ilə məşğuldur".
Xatırladaq ki, müğənni Mərt Aslanla 2014-cü ilin sentyabr ayında ailə həyatı qurmuşdu.
"Milli Yol"
Fotolar
Digər xəbərlər
loading...