“Sumqayıt” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qüdrət Məlikov 79 yaşında vəfat edib.
APA-nın məlumatına görə, Azərbaycanın ilk mətbu orqanı olan "Əkinçi" qəzetinin naşiri Həsənbəy Zərdabinin nəslindən olan Qüdrət Məlikov saysız-hesabsız publisistik yazıların və oçerklərin müəllifidir.
2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülüb.
Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə 16 noyabr 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!
Digər xəbərlər
loading...