"DÇ-2018"in seçmə mərhələsində IV tura start verilib. MilliYol.Az xəbər verir ki, milli komandamız növbəti matçını səfərdə keçirib.
Yığmamız tanış rəqiblə - Şimali İrlandiya ilə üz-üzə gəlib. Komandamız 4 il öncə - "DÇ-2014"ün seçmə oyununda “Vindzor Park”da bu rəqibə uduzmamış, əksinə, qələbəni son anda əldən vermişdi (1:1). Üstəlik, təxminən 1 il sonra britaniyalıları Bakıdan məğlub yola sala bilmişdik (2:0).
3 il öncəki Şimali İrlandiya yığması ilə indiki komanda arasında fərq odluğu aydın məsələdir. Hər halda, britaniyalıların "AÇ-2016"nın final mərhələsinə vəsiqə qazanması rəqibin potensialından xəbər verir.
3 il öncəki Azərbaycan millisi ilə indiki arasında da fərq var. Komandamız tarixində ilk dəfə seçmə mərhələnin ilk 3 oyunundan 7 xal toplamış, 2-ci pillədə qərarlaşmışdı. Lakin komandamız uğurun davamını gətirə bilməyib. Şimali irlandiyalılar yığmamızı meydana çıxmağa peşman edib - 4:0.
DÇ-2018
Seçmə mərhələ
IV tur, C qrupu
11 noyabr
Şimali İrlandiya - Azərbaycan 4:0
Qol: Kile Lafferti, 27. Qaret Makauley, 40. Konor Maklauqlin, 66. Kris Brunt, 83.
Şimali İrlandiya: 1. Maykl Makqovern, 2. Konor Maklauqlin, 3. Şane Ferquson (7. Niall Makqinn, 73), 4. Qaret Makauley, 5. Conni Evans (17. Paddi Maknair, 81), 8. Stiven Davis (k), 10. Kile Lafferti (9. Uill Qriqq, 61), 11. Kris Brunt, 13. Korri Evans, 16. Oliver Norvud, 21. Coş Maqennis.
Ehtiyat oyunçular: 12. Alan Mannus, 23. Trevor Karson, 6. Lee Hodson, 14. Liam Boys, 15. Rayan Makqivern, 18. Aaron Huqes, 19. Paul Paton, 20. Mattey Lund, 22. Tomas Flanaqan.
Baş məşqçi: Maykl Onil.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov (18. Ağabala Ramazanov, 75), 16. Emin Mahmudov (13. Dmitri Nazarov, 70), 19. Rahid Əmirquliyev (k), 20. Ramil Şeydayev (11. Dəniz Yılmaz, 46), 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 4. Pavel Paşayev, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Namiq Ələsgərov, 14. Elvin Məmmədov, 15. Ruslan Abışov, 17. Tərlan Quliyev.
Baş məşqçi: Robert Prosineçki.
Sarı vərəqələr: Şane Ferquson, 72. Conni Evans, 75 - Emin Mahmudov, 39. Dmitri Nazarov, 84.
Hakimlər: Klement Turpin, Nikolas Danos, Siril Qrinqor, Frank Şneyder (Fransa).
Komissar: Renata Tomasova (Slovakiya).
Hakim-inspektor: Manuel Lopez Fernandez (İspaniya).
Belfast. “Vindzor Park” stadionu.
1. | Almaniya | 4 | 4 | 0 | 0 | 16-0 | 12 |
2. | Şimali İrlandiya | 4 | 2 | 1 | 1 | 8-2 | 7 |
3. | Azərbaycan | 4 | 2 | 1 | 1 | 2-4 | 7 |
4. | Çexiya | 4 | 1 | 2 | 1 | 2-4 | 5 |
5. | Norveç | 4 | 1 | 0 | 3 | 5-7 | 3 |
6. | San Marino | 4 | 0 | 0 | 4 | 1-17 | 0 |
MilliYol.Az
Digər xəbərlər
loading...