Gədəbəydə döyülmə faktı qeydə alınıb. Hadisə rayonun Çobankənd kəndində qeydə alınıb.
Kənd orta məktəbin direktoru Sahib Babayev mübahisə zəminində məktəbdə fizika müəllimi işləyən 1960-cı il təvəllüdlü Qəhrəman Əliyevi döyüb. Müxtəlif bədən xəsarətləri alan müəllim dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Xəsarət alan müəllimin qardaşının verdiyi məlumata görə Q. Əliyev məktəb direktorundan uzun illər çalışdığı üçün onun dərs saatını artırmağı xahiş edib. Lakin direktor onu çölə çıxararaq döyüb.
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)
MilliYol.Az
Digər xəbərlər
loading...