Bu gecə Bakının ən böyük xəstəxanası olan 1 saylı şəhər Klinik Xəstəxanasında baş vermiş dəhşətli intihar hadisəsinin təfərrüatı məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, bir müddətdir burada müalicə edilən Sabirabad rayon sakini, 61 yaşlı Eminov Həsən Xanoğlan oğlu şəkərli diabet, hepatit, böyrək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkirmiş. Həkimlər mütəmadi dializ edilən H.Eminovun sağalma ehtimalının olmadığını bildiriblər. Dünən isə 61 yaşlı kişi oğullarına onu xəstəxanadan çıxarıb rayona aparmalarını istəyib. Lakin övladları atalarına hələlik müalicəsinə davam etməyi məsləhət biliblər.
Məlum hadisə isə noyabrın 11-nə keçən gecə saat 02 radələrində baş verib. 61 yaşlı kişi palatada çarpayısında yorğanı başına çəkərək ülgücü boyun venalarına çəkib və kəskin qanitirmədən elə oradaca keçinib. Palata yoldaşları adətən gecə saatlarında xırıldayan H.Eminov tərəfdən səsin gəlmədiyini görüncə, tibb bacısını çağırıblar və onlar yorğanı çəkəndə dəhşətli mənzərənin şahidi olublar.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...