BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.
MilliYol.az xəbər verir ki, bunu oktyabr ayında Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağla bağlı qapalı iclasın nəticələri ilə üzrə jurnalistlərə açıqlamasında deyib.
V.Nebenzya diqqətə çatdırıb ki, hazırda atəşkəs rejimini təmin etmək lazımdır, bu ən aktual məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib.
O, qeyd edib ki, əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin ediləcəyidir.
Digər xəbərlər
loading...