"Bazar Store" supermarketlər şəbəkəsinin Gənclik filialında kif atmış kolbasalar satışa çıxarılıb. Bu haqda jurnalist Türkan Məmmədli Facebook hesabında yazıb:
"Bazar Store supermarketlər şəbəkəsinin Gənclik filialına bazarlıq etməyə girdik. Qarşılaşdığımız mənzərə: 10 gündür paketlənmiş Payım şirkətinin məhsulu. İstifadə müddəti 45 gündür. Üzərində "Hər kəsin payı" şüarı ilə... Anlamıram, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hara baxır? Bəs Bazar store işçiləri? Hələ üzərində halal emblemi "göz oxşayandır". Bundan sonra isə qiyməti özünüz verin".
"Milli Yol"
Digər xəbərlər
loading...