Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Mayk Pompeonun açıqlamasına etiraz edib.
MilliYol.Az-ın məlumatına görə, XİN-in Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilir ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo bu ilin 15 oktyabr tarixində “WSB Atlanta” televiziya kanalında Erik Erikson Şou verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
“Azərbaycan tərəfi hesab edir ki, ABŞ Dövlət Katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil. Bu fikirlər, həmçinin ABŞ-ın ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələrindən biri kimi statusuna uyğun gəlmir”, - deyə açıqlamada bildirilir.