Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov cəbhədəki son vəziyyəti açıqlayıb.
MilliYol.Az xəbər verir ki, "Hürriyət"ə danışan general-mayor ordumuzun bir çox cəbhədə döyüşdüyünü bildirib. Onun sözlərinə görə, Azərbaycan ordusu indiyə qədər 25 km irəliləyib:
"Düşmənin atəş nöqtələrini məhv edirik. Bu günə qədər 250-dək tank və digər zirehli texnika, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 60-dək hava hücumundan müdafiə vasitələri, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi məhv etdik.
Ordumuz bu günə qədər 25 km irəliləyib. İşğal altında olan 27 yaşayış məntəqəsini geri aldıq. Erməni ordusu cəbhədə bizə qarşı döyüşə bilmədi. Çoxsaylı mövqeləri tərk edib qaçdılar.
Azərbaycan işğal olunmuş əraziləri uğrunda mübarizə aparır. Öz torpağımız, vətənimiz uğrunda mübarizə aparırıq. Hər kəs bunu bilməlidir".